adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Dekabr 2016 17:54
22080
KRİMİNAL

Cəlilabadda evdə partlayış: Ölən var

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb.

Adalet.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B.Mirzəyev bu gün xəstəxanada ölüb.