adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Sentyabr 2014 19:11
8251
ƏDƏBİYYAT

Cəfər Cabbarlının 115 illiyi qeyd olundu

Bu günAzərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli dramaturq, teatr və kinoxadimi  Cəfər Cabbarlının 115 illikyubileyinə həsr olunmuş tədbir keçirildi. Adalet.az xəbər verir ki, tədbirigiriş sözü ilə açan Cəfər Cabbarlı irsini araşdıran alim Asif Rüstəmli dramaturqunAzərbaycan ədəbiyyatındakı, mədəniyyətindəki müstəsna xidmətlərindən danışdı.Ötən gün Bakının erməni işğalından azad olunmasının 96-cı ildönümünü xatırladan A.Rüstəmli qeydetdi ki, türk-İslam ordusu və Nuru paşanın qəhrəmanlığı Cabbarlınınyaradıcılığında qırmızı xətlə keçib. Belə ki, dramaturqun "Trablis” və "Bakımüharibəsi” adlı əsərlərində Nuru paşanın şücaəti və komandanlığından rəğbətləbəhs olunur.

Tədbirdə çıxışedən Yazıçılar Birliyinin sədri Anar vurğuladı ki, bir yazıçı üçün ən böyükhədiyyə və hörmət onun kitablarının nəşr edilməsidir. Qurumun sədri diqqətəçatdırdı ki, Cabbarlının ildönümü ilə bağlı 2 kitab nəşr edilib. Bunlardan biridramaturqun tərcümələri, digəri isə öz əsərlərindən ibarət kitabıdır.

AYB-nin katibiİlqar Fəhmi isə çıxışında bu günə qədər Cabbarlı yaradıcılığında geniş oxucukütləsinin xəbərsiz olduğu əsərlərin araşdırılıb ortaya çıxarıldığı və nəşredildiyi üçün tədqiqatçılara təşəkkürünü bildirdi.   

Türkiyənin Firat Universitetinin dosenti SüleymanKaan Yalçın qeyd etdi ki, Cəfər Cabbarlı 35 yaşında vəfat etməsinə baxmayaraq,bu gün onun 115 illiyinin qeyd olunması dramaturqun Azərbaycan xalqı vəədəbiyyatı üçün əbədiyaşar bir şəxsiyyət olmasını göstərir: "ƏslindəCabbarlının bu anım mərasiminə ehtiyacı yoxdur, bizim onu anmağımızaehtiyacımız var. Çünki o, əbədilik qazanıb, amma biz – türk xalqları bu böyüktürkoloq yazarı, eləcə də Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə və digər türkçülüyüyaşatmış dahiləri anmaqla bir-birimizə dəstək olmaq istiqamətində daha sıxbirləşmiş olarıq”.

Yubiley mərasimində Cabbarlı yaradıcılığınıdəfələrlə səhnələşdirmiş rejissor Ağakişi Kazımov, Bakı şəhəri Mədəniyyət vəTurizm idarəsinin sektor müdiri Gülnarə Seyidova, aktyorlar –Məleykə Əsədova, SəidəQuliyeva, Hacı İsmayılov və başqaları çıxış edərək  Cəfər Cabbarlının yaradıcılığı, teatr, kinosahəsindəki fəaliyyəti  haqqındadanışıblar.