Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı
Avqustun 5-də Cəbrayıl rayonunun Minbaşılı kəndi ərazisində otlaq sahədə baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a verilən məlumata görə, araşdırmalarla 50 hektar ərazinin yanması ilə nəticələnən hadisənin Elçin Abdullayev, Elşən Nağılı, Fariz Məmmədli, Rəvan Mirzəyev, Fərid Məmmədli, Fariz Əlişov, Əhəd Əhədov və Sadiq Həsənov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılıblar.
Hazırda faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
Digər Xəbərlər
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42


Bakı -°C

