Cəbrayıla köç başlayır
Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək.
Adalet.az xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov deyib.
O bildirib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində üç şəhər mərkəzi, 5 qəsəbə, 24 kəndin inşası və oraya əhalinin köçürülməsi nəzərdə tutulub:
"2022-2026-cı illəri əhatə edən proqramın birinci mərhələsi çərçivəsində 41 mindən çox keçmiş məcburi köçkün könüllülük prinsiplərinə əməl olunmaqla öz dədə-baba yurdlarına köçəcəklər. Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edildiyi gündür. Bu münasibətlə keçiriləcək tədbirlərdə gəncləri görmək çox xoş olardı".
Digər Xəbərlər
23 Mart 2026 09:43
Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu
23 Mart 2026 09:26
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
22 Mart 2026 16:47
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
22 Mart 2026 13:50


Bakı -°C

