adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Sentyabr 2016 09:39
3786
HADİSƏ

Cəbhədə atəşkəs yenə pozuldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, işğal altında olan Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.