24 Avqust 2025 19:37
427
HADİSƏ

Çayda batan 3 nəfərin meyiti tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.

Qurumdan Adalet.az-a verlən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XXX

18:41

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Adalet.az-a verlən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.