adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
27 Sentyabr 2020 16:39
20350
SİYASƏT

Çavuşoğlu və Ceyhun Bayramov telefonla danışdı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN rəhbərləri Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini intensiv atəşə tutmasını müzakirə ediblər.

Həmçinin, tərəflər Azərbaycanın müvafiq addımları barədə də fikir mübadiləsi aparıblar.

Çavuşoğlu Türkiyənin bütün məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ məsələsində də qardaş Azərbaycanın yanında olduğunu bir daha bəyan edib.