Cavid Qurbanov AKP-nin qurultayında
Prezident İlham Əliyevin tapşırığına əsasən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Türkiyənin baş naziri postuna namizədliyi qeydə alınmış Nəqliyyat, Dənizçilik və Rabitə naziri Binali Yıldırımla işgüzar görüşü baş tutub. Təkbətək keçirilən görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisi və gələcək perspektivləri, yükdaşıma, sərnişindaşıma mözvularında ətraflı müzakirələr aparılıb.
Milli.Az moderator.az-a istinadən bildirir ki, görüşdən sonra Binəli Yıldırım Cavid Qurbanovu şəxsən Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün keçirilən qurultayına dəvət edib.
AKP-nin bugünkü qurultayında nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım rəsmən AKP -nin yeni sədri kimi baş nazir postuna təsdiq olunub.
Qeyd edək ki, Binali Yıldırım uzun müddət Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri vəzifəsində çalışıb. Həmin müddətdə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla birlikdə Türkiyə tərəfdən həmin nəhəng layihənin gerçəkləşməsində birbaşa iştirakçı olub.
Yeri gəlmişkən, bu yaxınlarda hər iki yüksək çinli məmurun Ankarada görüşü baş tutmuşdu. Görüşün əsas mövzusu Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı olmuşdu.
Digər Xəbərlər
02 May 2024 12:31
Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
02 May 2024 11:22Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19