adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Mart 2019 11:34
77004
MÜSAHİBƏ

Cavanşir Paşazadə: "İlham Əliyev hər bir vətəndaşını düşünür" - MÜSAHİBƏ

Milli Məclisdə 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edən deputat, Yeni Azərbaycan Partiyasının üzvü Cavanşir Paşazadə müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir:

-Cavanşir müəllim. Mart ayının 15-də Baş NazirNovruz Məmmədov Milli Məclisdə hesabat verəcək. Geridə qalan 2018-ci il üçünhökumətin fəaliyyətini necə dəyərləndirirsiniz?

-2018-сi il Azərbaycan üçün uğurlu il olub. Həyatakeçirilən dövlət proqramları, sosial layihələr bunu deməyə əsas verir.Bildiyiniz kimi 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkilərikeçirildi. Cənab İlham Əliyev seçkilədə qələbə qazanaraq yenidən prezidentseçildi. Cənab prezidentin yürütdüyüsiyasət, həyata keçirdiyi mötəbər layihələr ölkəmizin daha da inkişafına köklənib.Bu siyasətin kökündə Azərbaycan xalqı dayanır. Biz bunun dəfələrlə şahidiolmuşuq. Bu gün də bunu görürük. İlham Əliyev hər bir vətəndaşını düşünür.Onların probleminə dərhal reaksiya verir. Bu da onun lider kimi məxsusi vəüstün keyfiyyətlərindəndir. Mən dünyada elə bir prezident tanımıram ki, hər birvətəndaşın qəlbində rəğbət qazansın. İlham Əliyev isə bunu bacarır.Hökumətin 2018-ci ildəki fəaliyyətinə gəlincə mən bir millət vəkili kimi hökumətinfəaliyyətini yüksək qiymətləndirirəm.

-Regionların sosial-iqtisadi inkişafı iləbağlı 2019-2023-cü illəri əhatə edən növbəti dövlət proqramı qəbul olundu. Yenidövlət proqramı ilə bağlı sizin gözləntilərinizi bilmək istərdik.

-Regionlarınsosial-iqtisadi inkişafı ilə bağlı bundan öncə 3 dövlət proqramı həyatakeçirlib. 2004-2008, 2009-2013, 2014-2018-ci illər ərzində həyata keçirilən budövlət proqramları sözün həqiqi mənasında regionların simasını dəyişib. İndipaytaxt Bakıdan üzü Şimala, və ya Cənuba tərəf yol salanda hər rayonun inkişafetdiyini açıq aydın görmək olar. İndisual oluna bilər ki, bu dövlət proqramları bizə nə verdi? Mən deyim. Birincinövbədə regionlarda yeni-yeni iş yerlərinin açılması ilə nəticələndi. Yadınızagələr. Bundan öncə rayonda yaşayanların əksəriyyəti iş üçün Bakıya gəlirdi. Tikinti və digər sahələrdə çalışırdılar. Rayonlarda, kəndlərdəmənzillər, həyatyani sahələr demək olar ki, istifadəsiz qalmışdı. Həyatakeçirilən dövlət proqramlarından sonra regionlarda yeni-yeni infrastrukturlayihələri həyata keçirildi. Bir sıra xüsusi əhəmiyyət kəsb edən infrastrukturobyektləri açıldı ki, bu da regionda olan vətəndaşların iş təminatınıyaxşılaşdırdı. Nəticədə Bakıya gələnlər artıq regionlara, öz evlərinə qayıtmağabaşladılar. Bundan əlavə həyata keçirilən proqramlar nəticəsində regionlardademək olar ki, sosial problemlər minimum səviyyədədir. İçməli su, yolinfrastrukturu və digər sahələrdə mühüm işlər görülür. Düşünürəm ki, yeni dövlət proqramı regionlarıninkişafını daha da sürətləndirəcək.

-Maraqlıdır. Regionların sosial-iqtisadiinkişafı ilə bağlı davamlı addımlar atılmasına baxmayaraq bu sahədə bir sıraproblemlər hələ də öz həllini gözləməkdədir. Bu problemlərin həlli üçün hansıaddımlar atılmalıdır?

-Milli Məclisin Aqrar Komitəsinin üzvüolduğum üçün mən kənd təsərrüfatı sahəsi üzrə bir neçə fikri demək istəyirəm. Məsələn Cənub bölgəsinin spesifik bitkiləriçay, paxla bitkiləri, pomidor və digər kənd təsərrüfatı , sitrus meyvələridir.Bu məhsulların becərilməsi üçün dövlət tərəfindən bütün adddımlar atılır. Məhdullarıntoxumu, gübrəsi müəyyən şərtlərlə fermerlərə verilir. Ancaq baxırsan ki, məhsuldarlıqürəkaçan səviyyədə deyil. Bunun da müxtəlif səbəbləri var. Ən başlıca səbəb isəplanlaşmanın olmamasıdır. Yəni, fermer məhsulu əkəkn zaman bu məhsulunyetişdirilməsi, satışı və digər prosesləri necə həyata keçirəcəyiniplanlaşdırmır. Çayçılığı götürək. Bu günCənub bölgəsində90-cı illərdə Xəzər dənizinin suyunun səviyyəsinin qalxması nəticəsindəAstarada , Lənkəranda, Limanda olan əkintorpaqları errozlaşıb. Torpağın üz qatında bu hisas olunmasa da 2-3 metr dərinlikdəciddi şoranlaşma var. Melorativ tədbirlərin düzgün həyata keçirilməməsi,torpaqların vaxtı-vaxtında yuyulmaması, torpağın suyunun çıxarılmaması buproblemi daha ciddi hal almasına səbəb olub. Çay da elə bitkidir ki, bubitkinin kökü dərininə inkişaf edir. Ana kök torpaqdan su çəkmək üçün 3-4 metrdərinliyə gedir. İndi həmin ərazilərdə çay kolları əkirlər. Əslində bu düzgündeyil. Biz həmin kollardan müəyyən müddət məhsul ala bilərik. Dediyim kimi, kolun ana kökü erroziyalanmış sahəyə çatanda quruyacaq. Bu isə təbii ki, çəkilən əziyyətin havayasovrulmasına gətirib çıxaracaq. Mən beləbir təklif hazırlamışam. Təklifim odurki, Cənub regionunda olan dağətəyi vədağlıq ərazilərdə müxtəlif təsərrüfatlara məxsus olan torpaq sahələrində çay əkilsin.Bu torpaq sahələri meşə təsərrüfatına və digər təsərrüfatlara aid ola bilər. Baxın. Cənuba gedəndə hamımız görürük ki, dağətəyi ərazilərdəvaxti ilə kəsilən ağacaqlar nəticəsində müəyyən keçəlləşmə var. Həmin ərazilərəbu gün də ağac əkilmir. Torpaqlar boş qalıb. Aydın məsələdir ki, meşə təsərrüfatı olduğuüçün bu ərazilərdə əkinçiliklə bağlı işləraparıla bilmir. Mən isə təklif edirəm ki, həmin bu ərazilərdə çay kolları əkilsin.Orada əkilən kollar həm torpaq münbit olduğuna görə, həm dəmyə yolu becərildiyinəgörə bol məhsul verəcək. Yetişdirilən məhsul yüksək keyfiyyətli olacaq. Onun yetişdirilməsinə də ciddi vəsaitsərf olunmayacaq. Bu torpaqların 10-15 faizindən istifadə etsək bu 10 min hektarlarla çay plantasiyası deməkdir. Bu çay kollarının əkilməsi həm dediyim ərazilərəmüəyyən göllik verəcək. Bildiyiniz kimi, Cənub bölgəsi turistik bir regiondur.Bura dünyanın hər bir ölkəsindən turist gəlir. Təsəvvvür edir ki, onlar keçəlmeşələr əvəzinə yaşıllığa bürünmüş cay plantasiyalarını görəcək. Belə bir görkəmgörün onlarda nə qədər ruh yüksəkliyi yarada bilər.

-Melorasiya sahəsində də ciddi problemlərmövcuddur...

- Hələ70-ci illərdə ulu öndər Heydər Əliyev cənablarıbirinci katib işlədiyi dövrdə demək olarki, Azərbaycan 15 Respublika arasında yeganə Respublika idi ki, 80 faiztorpaqları mellorasiya olunurdu. O zaman əkinə yararlı torpaq sahələrinin əhatədairəsini genişləndirmək üçün dağətəyi yerlərdə relyeflərin düzəldilməsi və bukimi tədbirlər həyata keçirilirdi. Lakinsonrakı dönəmlərdə bu sahəyə demək olar ki, diqqət ayrılmadı. Nəticədətorpaqların altında olan, o zaman Çexslovakiyadan (Çexiya) qızıl pulla, odbahasına alınan direnaj durbaları bazarlarda satılmağa başladı. 20 ildirsatılır bu hələ qurtarmır.

-Bunun qarşısını almaq olmazmı?

-Olar.Bunun üçün hər rayonda komissiya yaradılmalıdır. Kommisiya torpaqlarla bağlı mövcud vəziyyətiqiymətləndirməlidir. Kanalların təmizlənməsi, əlavə kanalların çəkilməsiprosesi sürətlənməlidir. Belə olan halda mövcud problem aradan qaldırıla bilər.

-Aqrar sahənin mövcud problemlərindən biri dətexnika çatışmamazlığıdır. Bu hər məhsul yığımında özünü daha qabarıq şəkildəbüruzə verir. Bu sahədə hansı addımlar atılmalıdır?

-Çatışmamazlıqhər zaman var. Çünki, inkişaf var. İnkişaf olan yerdə bu qaçılmazdır. Ancaqproblemin kökü var. Bu da planlaşmadır. Mən yuxarıda da qeyd etdim. Fermerlərdüzgün planlama edə bilmir. Buna görə də texnika çatışmamazlığı məsələsi gündəməgəlir. Əgər ilin əvvəlində düzgün statistika verilsə o zaman bu problemyaşanmaz. Statistikaya görə bir rayonda 15 min hektaktorpaq sahəsi əkilib. Ancaq reallıqda bu azdır. Məhsul yığımı zamanı isə bustatistika əsas götürülür. Nəticədə texnikaların böyük əksəriyyəti zamanınçoxunu yollarda keçirir. Ancaq düngün statistika olsa, hər rayonda nə qədər əkinsahəsi olduğu real bilinsə ona uyğun texnikalar biçin işinə cəlb olunar və beləcətexnika çatışmamazlığı kimi problem olmaz.Eyni zamanda kənd təsərrüfatı sahəsi üzrə mövcud problemlərin həlli iləbağlı dəyirmi masalar keçirilməlidir. Bu dəyirmi masalarda nazirliyin mütəxəsisləri,millət vəkilləri, elm adamları iştirak etməlidir. Mətbuatsız, efirsiz təşkilolunan bu müzakirələrdə hərə öz təkliflərini səsləndirsin. Sonda perspektivli təkliflərdənyararlanılsın.

Yerigəlmişkən mən subsidiya məsələsinə toxunmaq istəyirəm. Bugün fermerlərə subsidiyalar verilir. Bu çoxgözəl. Ancaq gəlin görək fermerlər verilən subsidiyadan nə dərəcədə yararlanır?Bu vəsait Azərbaycanda məhsul istehsalına nə dərəcədə təsir göstərir? Mən sizədeyim. Tutaq ki, fermer gedir planını göstərir və 10 min və bundan aşağı vəsaitəimza atır. Fermer vəsaiti alandan sonrabu vəsaitin böyük əksəriyyətini öz izafi xərclərini ödəyir. Yerdə az birməbləğ ya qalır və ya heç qalmır. Sonra məhsul yığımı zamanı gəlir fermer o öhdəliyiyerinə yetirə bilmir. Nəticədə iş olur məhkəməlik. Son anda fermer dövlətigünahkar çıxarır. Bu yöndə də ciddiaddımalr atılmalıdır. Fermerlərə verilən subsidiyalara ciddi nəzarətolunmalıdır. Eyni zamanda bu vəsait fermerlərə hissə-hissə verilməlidir. Tutaqki, şum vaxtıdır və fermerin müəyyən vəsaitə ehtiyacı var. Həmin məbləğ fermerəödənilsin. Daha sonra toxum almaq üçün müəyyən vəsait və beləcə biçin pulu ödənilsin.Belə olarsa bu sahədə ciddi uğurlar əldə etmək olar.

-Pambıqçılıqla bağlı ciddi iş görülür...

-Bəli.Azərbaycanda son zamanlar pambıqçılıqla bağlı böyük işlər görülür. Hər ötən ildaha geniş ərazilərdə pambıq becərilir.Mən elə bilirəm ki, hazırda görülən işlər nəticəsində SSRİ dönəmində Azərbaycanın pambıqçılıqdaqazandığı uğurlardan daha böyük uğurlar əldə edəcəyik. Cənab Prezidentin iştirakı ilə Gübrə zavoduda istifadəyə verilib. Bu zavodun istifadəyə verilməsi olduqca müsbət haldır.Biu zamana kimi gübrələrin böyük əksəriyyəti xaricdən gətirilirdi. Bu da izafi xərclərin meydana gəlməsinə, birçox hallarda istənilən gübrənin fermerə çatmamasına gətirib çıxarırdı. Artıq yerli istehsalımız olacaq. Bu dediyimkimi həm xərclərin azalmasına həm də daha keyfiyyətli gübrələrdən istifadəyə gətiribçıxaracaq ki, sonda məhsuldarlıq artacaq.

-Son olaraq 2019-cu ildən gözləntiləriniz nələrdir?

-2019-cuil yeni başlayıb. Yuxarıda sadaladığımız kimi artıq il başlayandan bir sıramühüm işlərlə bağlı ciddi addımlar atılıb. Düşünürəm ki, 2019-cu il Azərbaycanüçün daha düşərli il olacaq. Bildiyiniz kimi bu il həm də seçki ilidir. Ölkədəbələdiyyə seçkiləri keçiriləcək. Hər seçkidə olduğu kimi demokratik və azad keçənseçkilərdə layiqli namizədlərin qələbə çalacağına əminəm. Azərbaycan xalqı bütün seçkilərdə öz sözünüaçıq aydın deyib. Bu seçkilərdə də belə olacaq. Hər kəs sandıq başına gedibazad və demokratik şəkildə öz konstitusion hüququndan istifadə edəcək.