adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Oktyabr 2018 16:00
65109
MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

Millət vəkiliCavanşir Paşazadə müsahibə verib. O müsahibəsində 15 Oktyabr 2003-cü ildəkeçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədiİlham Əliyevin möhtəşəm qələbəsi və bu qələbədən keçən 15 illik tarixi yolaişıq salıb.

-Cavanşir müəllim Prezident İlham Əliyevin Azərbaycanarəhbərliyindən 15 il keçir. Aradan keçən 15 iliAzərbaycan üçün necə dəyərləndirərdiniz?

-CənabPrezidentimiz İlham Əliyev 15 illik prezidentliyi dövründə o qədər nəhəng və uğurlu layihələrə imzaatıb ki, bizim onun haqqında danışmağımız, o qədər nəhəng işlərin yanında zərrəqədər qalar. Təbiiki, ötən illərlə müqaisədə 15 ildə Azərbaycan çox böyük bir inkişaf yolu keçib.Bu həm iqtisadi, həm siyasi sahələri əhatə edib. Eyni zamanda vətəndaşlarınsosial rifah halı daha da yaxşılaşıb. Yeni-yeni infrastruktur layihələrin həyata keçirilməsi nəticəsində ölkə büdcəsi əhəmiyyətlidərəcədə artıb. Azərbaycanın növbəti peykinin orbitə buraxılması,Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, TANAP-ın fəalliyyətəbaşlaması ölkəmizin iqtisadi gücünün artması ilə yanaşı beynəlxalq nüfuzunungüclənməsinə gətirib çıxarıb. Bunun da mənbəyivar. Ulu öndər Heydər Əliyev ailəsində böyüyən, Heydər Əliyev kimi dünyamiqyaslı siyasətçidən dərs alan İlham Əliyev Azərbaycanın qüdrətlənməsi işindədaha da təkmil siyasət aparır. Bir zamanlar Azərbaycan parçalanmaq təhlükəsi iləüz-üzə qalmışdı. O zaman ümumilli lider Heydər Əliyevin Naxçıvandan bu təhlükəyəəl qoyması, daha sonra Bakıya gəlib burada Azərbaycanın müstəqliyyini təhlükədənqurtarması heç kimin yadından çıxmayıb. Şimaldan şimal qonşumuz, cənubda İran,Qərbdən daimi düşmənimiz olan Ermənistan Azərbaycanı parçalamaq istəyirdi. OnlarBakı uğrunda ciddi rəqabət aparırdı. Hətta bu işlərə onların yerli əlaltılarıda köməklik edirdi. Məhz belə çətin anda Heydər Əliyev öz qətiyyəti, uzaq görənsiyasəti ilə Azərbaycan dövlətini günəş kimi yenidən doğmasına, dünyaarenasında özünə yer tutmasına nail oldu. Cənab Prezident İlham Əliyev bu kimiçətin proseslərin işində olub. Daim Heydər Əliyevin həyata keçirdiyi siyasətdənbəhrələnib. Məhz bi siyasətin yaşaması, bu siyasətin davam etdirilməsini ondanbaşqa heç kim həyata keçirə bilməzdi. Hələo zaman İlham Əliyev prezident seçilənzaman daxildə olan müxalif insanlar şübhəilə baxırdılar. Artıq bir ildən sonra onlargördülər ki, İlham Əliyev qüdrətli, güclü dövlət başçısıdır. Ölkəmizin qüdrətinin artması, iqtisadi, siyasiimkanların genişlənməsi təbbi ki, İlham Əliyevin yürütdüyü siyasət nəticəsində mümkünolub. Bu gün ətraf ölkələr bizdən məsləhət alırlar.

-Azərbaycandavitse-prezidentlik institutu yaradıldı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva birinci-vitse prezident təyin olundu.Ümumilikdə belə bir institunun yaradılmasına sizin münasibətinizi öyrənmək istərdik.Mehriban Əliyeva istər Heydər Əliyev Fonduna rəhbərliketdiyi müddətdə, istərsə də Milli Məclisdə fəaliyyəti zamanı hər zaman özhümanist addımları ilə diqqət çəkib. Dövlətçiliyimizin möhkənləndirilməsi,qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində Mehriban Əliyevanınmisilsiz rolu və əməyi var.Mehriban Əliyevanın xüsusi təqdimata ehtiyacı yoxdur. ÇünkiMehriban xanım fəaliyyəti dövründə hər zaman Azərbaycanın haqq səsini dünyayatanıtmaq yönündə addımlar atıb. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əngüclü təbliğatçısıdır. Və eyni zamanda Azərbaycan mədəniyyətini, Xocalısoyqırımını dünya ictimaiyyətinə lazımi səviyyədə tanıdıb. Azərbaycan muğamı bugün demək olar ki, bütün dünyada qəbul olunur. Muğamı sevə-sevə dinləyirlər.Bununla yanaşı bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi zamanıMehriban xanımın əvəzsiz xidmətləri olub."Eurovision” mahnı müsabiqəsininyüksək səviyyədə keçirilməsini buna misal olaraq göstərmək olar. 2015-ci ildəbirinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsininvə onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub.Təsadüfideyil ki, bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də MehribanƏliyevaya həvalə edilib. Bu Oyunların Təşkilat Komitəsinin sədri də odur vəhazırlıq işləri yüksək səviyyədə aparılır. 
Bundan əlavə Mehriban Əliyeva öz hümanist addımları ilə hər kəsin rəğbətiniqazanıb. Bildiyiniz kimi Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanıntəşəbbüsü ilə amnistiya aktları qəbul olunub. Bu amnistiya ilə 10 minlərlə məhkumazadlığa qovuşub. Eyni zamanda xüsusi qayğıya ehtiyacı olanlar üçün davamlıaddımlar atılır. Bütün bunların fonunda onu deyə bilərəm ki, belə bir insitutunyaradılması zamanında atılmış düzgün addımdır.

- Azərbaycanın hərbi sənayesi də durmadaninkişaf etdirilib. Ordu quruculuğunda əhəmiyyətli işlər görülüb. Bu yöndə nədeyə bilərsiniz?

-Hərbisənayemizin möhkəmlənməsi, güclənməsi yönündə həyata keçirilən işlər gözqabağındadır. Bakıda paradlar təşkil olunur. Səmalarımızda həm Azərbaycanın həmqardaş Türkiyənin qırıcıları öz məharətlərini göstərirlər. Baxın o səmada edilənhərəkətləri bizimlə yanaşı düşmən də seyr edir, izləyir. Artıq onlar qorxuyadüşüblər. Səma ilə yanaşı quru qoşunlarının maddi texniki bazasının yüksəldilməsi,sərhəd qoşunları və bütün ordu quruculuğunda ciddi işlər görülür. Aprel hadisələribir daha onu göstərdi ki. Azərbaycan ordusu düşmən işğalında olan torpaqları həran işğaldan azad edə bilər. Ancaq Azərbaycan demokratik ölkədir. Beynəlxalqqanunlara riayyət edir. Boiz istəyirik torpaqlar sülh yolu ilə azadedilsin. Ermənistan əgər bütün bunlara məhəlqoymasa o zaman silaha əl atılacaq və cənab prezident, ali baş komandan İlhamƏliyevin əmri ilə o torpaqlar düşməndən təmizlənəcək.

Azərbaycanınyeni istehsal olunan silahları beynəlxalq sərgilərdə nümayiş olunur. O zaman eləqürurlamıram ki, artıq biz özümüz silah istehsal edirik. Hərbi sənayenininkişafı cənab prezidentin diqqət mərkəzində olan bir sahədir. Fikirverirsinizsə İlham Əliyev istər ölkə daxilində, istər beynəlxalq tribunlarındadaim Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayır. O, hər çıxışında Ermənistanınişğalçı ölkə olduğunu dünya ictimayyətinə çatdırır. Hətta biz bir millət vəkilikimi beynəlxalq tədbirlərdə olanda bizə sual edirlər ki. Dağlıq Qarabağı nəzaman işğaldan azad edirsiniz? Bu suallar bir daha onu deməyə əsas verir ki.Beynəlxalq güc də Azərbaycanın güclü, qüdrətli dövlət olduğunu qəbul edir.

-Regionların sosial-iqtisadi inkişafıbaxımından davamlı addımlar atılır. Dövlət proqramları həyata keçirilir...

-Bəli.Həyata keçirilən dövlət proqramlarının nəticəsində regionların siması dəyişilib.Bakıdan cənuba, eləcədə simala gedən zaman hər bir şəhər və rayonun inkişafetdiyinin şahidi oluruq. Yol infrastrukturunun mükəmməl qurulması, əhalininenerjinə, təbii qaza olan tələbatının tam ödənilməsi regionda olan vətəndaşlarüçün əlavə stimul yaradıb. Bir zamanlar rayonlardan Bakıya güclü insan axınıvar idisə indi vətəndaşlar Bakıdan rayona gedir. Orda yaşamağa, işləməyəüstünlük verir. Bu işlərin həyata keçirilməsində də cənab Prezident İlhamƏliyevin xüsusi rolu var. Diqqət etsəniz görərsiniz ki. İl ərzində cənabprezident 1 rayona bir necə dəfə səfər edir. Respublikanın elə rayonu yoxdurki. Ölkə başçısı orda olmasın. Onun hər səfəri yeni infrastruktur obyektlərininaçılışı ilə yadda qalıb. Bu həm regionların simasının dəyişməsinə, həm də oradayeni-yeni iş yerlərinin açılmasına gətirib çıxarır. Bu işlər işsizılik kimidünyanı cənginə alan problemin Azərbaycanda azalmasına gətirib çıxarıb.

Buyaxınlarda cənab Prezident Quba rayonuna səfər etdi. Orda müasir standartlaracavab verən tibbi ocağı istifadəyə verildi. Regionlarda belə səhiyyə obyektlərininolması təbii ki, orada olan insanların sağlam olmasına, tibbi sahədə olanproblemlərin aradan qaldırılmasına gətirib çıxaracaq.

Dəmiryolunu götürək. Artıq Azərbaycanda bu sahədə ciddi işlər görülür. Bakıdan Gəncəyəsürət qatarı ilə qısa zamanda getmək mümkün olacaq. Eyni zamanda Qəbələyəqatarla gedə biləcəyik. Bunları sadalamaqla mən onu demək istəyirəm ki, Həyata keçirilən işlərin kökündə Azərbaycanxalqı dayanır.

-Prezident İlham Əliyev söz və mətbuatazadlığına da xüsusi diqqət yetirir. Bu yöndə nə deyə bilərsiniz?

-Sözvə mətbuat azadlığı ilə bağlı Azərbaycanda mövcud durum ürəkaçan səviyyədədir.Bunu bir tək mən demirəm. Beynəxlalq ekspertlər də deyir ki, Azərbaycanda azadmətbuat var, internet istifadəçilərinə heç bir basqı yoxdur, eyni zamandajurnalistlər təqib olunmur. Dünyanın bir sıra ölkələrində jurnalistləryazdıqları yazılara görə təqib olunur, öldürülür. Bizdə isə jurnalistlərə yüksəkdəyər verilir. Cənab prezident çıxışların birində jurnalistlərin dostu olduğunubəyan etmişdi. Bu həqiqətən də belədir.Bugün jurnalistlərin mənzil və digər sosial problemlərinin həlli istiqamətindəciddi addımlar atılır. Bu işlər gələcəkdə də davam etdiriləcək. Heç uzağa getməyək.Ötən gün cənab prezident jurnalist Səbuhi Məmmədlinin səhətində olan problemlərinhəlli ilə bağlı göstəriş verməsi buna əyani sübutdur.