adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Yanvar 2017 14:32
30341
MƏMLƏKƏT

“Cavanlar evlənmək istəmirlər” – REPORTAJ

Bir neçə il bundan əvvəlBakıda toyların ardı-arası kəslimirdi. Xüsusən yay, payız fəsillərində şəhərindörd bir yanında toy olurdu. Hər yerdə vur-çatlasın, çal-oynasın baş tuturdu.Elə bil evlənmə yarışında cütlüklər növbəyə dururdular.


Qısa toy arayışı

Toy əsrlər boyu Azərbaycanın müxtəlif tarixibölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir.Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr(qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.)sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbətxüsusiyyətlər öz əksini tapmışdır.

Azərbaycanın toy adət-ənənələri həm başqa xalqlarınadətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyənelementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir.Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkiledilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızlarınbəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyunsonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi də buqəbildəndir.

Bu mövsümdə toy edənlərinsayı çox olmasa da, az da deyil. Devalivasiyadan sonra bir çox sahədə, həmçinində şadlıq saraylarında toy qıtlığı yaranmağa başladı. 

Maraqlıdır, toy bazarında bu gün vəziyyət necədir?Əvvələ nisbətən indi toylar necədir? Toy məclisi neçəyə başa gəlir, qiymətlərdədəyişiklik varmı?

Evlənmək istəyirəm...

Düşündüm ki, hansısabir şadlıq sarayına gedib, özümü təqdim eləsəm, məni ordan qovarlar. Çünki,jurnalistlərə qarşı bizim millətdə birmənalı şəkildə xof var. Nəsimi küçəsinindayanacağında skamyada oturub, fikirə getdim. Eynəyimi düzədib, ayağa qalxdım.Aha, tapdım, ideya ağlıma gəldi. Yaxınlıqdakı şadlıq sarayına üz tutdum. "Bəxtüzüyü” şadlıq sarayının qabağına yaxınlaşdım. Özümü müştəri kimi təqdim elədim.Yəni evlənmək istəyirəm, toyun indiki və əvvəlki vəziyyəti necədir, qiymətlərnecədir deyə. Fikirli-fikirli qapıdan içəri keçirəm. Ağ köynəkli bir oğlanqabağımı kəsir. Yəqin ofisiantdır...

-Nə lazım idi?

-Toy eləmək istəyirəm...

-Adminstratorun otağına keçin...

İçəri keçdim. Salamverib, mətləbə keçdim.

-Toy eləmək istəyirəm.

-Hə, nə gözəl, Allah xoşbəxt eləsin.

-Qiymətlərlə maraqlanmaq istəyirəm

-Bu saat tanış olarsınız..

Həmsöhbətim Namiq bəy şadlıq sarayınınadminstratorudur. Dediyinə görə, onlara müraciət edənlərin sayı çoxdur, ammayay aylarında müraciətlər bir qədər azalır. Sentyabrda isə toylar daha çoxolur. Restoranda bir neçə zalın fəaliyyət göstərdiyini deyən Namiq bəyin sözlərinəgörə, qiymətlər hər zala uyğun olaraq dəyişir.

-Keçən illə bu ilin fərqi necə?

-Getdikcə daha da zəifləyir toylarımız. Camaatda pulyoxdu. Eşitdiyimə görə toyları həyət evlərində, kənddə edirlər.

Zaldan çıxıb siqaret yandırıram.Sizi isə Namiq bəylə baş-başa buraxıram:

"Qiymətlərimiz adam sayına görə 60-120 manatarası dəyişir. Bundan da yüksək məbləğdə menyu var. Yüksək məbləğdə olan menyumüştərinin seçimi ilə bağlıdır. Biz çalışdığımız qədər standartlardan qaçmışıq.İndividual yeməklərə daha çox üstünlük veririk, bura qızıl balıq, medalyon vəs. daxildir. Çalışdığımız qədər Avropa mətbəxinə daha çox üstünlük veririk.Çalışdığımız qədər şablon menyudan qaçırıq. Müştərilərin özü də standartlardankənar menyu istəyir, şablon menyuları seçmir. Başqa yerlərdə bir-birinə bənzərsalatlar üstünlük təşkil edir, biz isə çalışmışıq masanı bu salatlardan azad edək.Avropa mətbəxinə uyğun bir mətbəx seçmişik. Fərqliliklər tərtibatında, dadında,görünüşündədir”.


İçəri otağa keçib eynəyimi düzədirəm. Namiq bəy sözünə davam edir:
"Bizə müraciət edənlər daha çox aşağıməbləğdə olan menyuları seçir. Çünki müştərilər büdcələrinə uğun menyu seçirlər.”

Ayağa qalxıb fikirləşəcəyimi deyirəm.O, isə susur. Əl tutb xudafizləşirəm.

Küçəyə çıxıb kədərlənirəm. Bir siqaret dəalışdırıram. Öz-özümə danışıram: gedib digər restoranlara baş çəkim...


Xərclər bitmir

Bir neçə restoranların menyusu ilə də maraqlanıram.Müştərinin istəyindən və menyunun növündən asılı olaraq qiymətlər 35-40-50manat arasında dəyişir. Əvvəllər 40 manatlıq menyuda bir çox yeməklər olsa da,indi həmin qiymətə menyudakı yeməklərin bir çoxu çıxarılıb.

Toy üçün xərclər bununla bitmir. Maşın sifarişitoya hazırlığın əsas hissələrindən sayılır. Bəylə gəlini məclisə aparacaq lyuksmarka maşınların bir günlük icarəsi 150 manatdan başlayır. 4 min manata damaşın karvanı sifariş etmək mümkündür. Maşın karvanının qiyməti avtomobillərinsayından asılıdır, karvanda bir maşının ortalama qiyməti 400 manatdır.

Toy xərclərinə son dövrlər biri də əlavə olunub.Söhbət bəylə gəlin üçün toydan əvvəl fotosessiya sifarişindən, "Love story”hazırlamaqdan gedir. Bir fotosessiyanın qiyməti 100 manatdan başlayır, 2000manatda bitir. Qiymətlər fotoların sayından, çəkiliş məkanlarından asılıdır.

Cavanlar qorxur, evlənmək istəmirlər…

Üzümü tuturam "Altay”şadlıq sarayına. Günorta olduğundan içəridə süstlük, bir sükut hökm sürür.Masalarda qab-qaşıqlar gözümə sataşır. Axşama toy olacaq!

Zalda o baş-bu baş gəzirəm.İçimdə öz-özümə deyinirəm ki, hardadı bu adamlar. Elə bu an smokinli bi adam mənətərəf yaxınlaşır. Məlum olur ki, burda inzibatçıdır. Toy eləmək fikrindəolduğumu deyib, sualları üzünə çırpıram. Cavabları ürək açan olmur:

"Ötən illə müqayisəyə gəlməz. Bu insanlarınsosial durumu ilə əlaqədardır. Bu il bu şadlıq sarayında heç bir qiymətartımından söhbət belə gedə bilməz. Əksinə bəylə-gəlin üçün xüsusi hədiyyələrimizvar, əhalinin az təminatlı təbəqəsi üçün isə xüsusi güzəştlər edirik. Deyəsəncavanlar ailə məsuliyyətindən qorxur, evlənmək istəmirlər. Toy sifarişlərindəazalma var. Amma sifarişlərimiz də var. Menyulara görə qiymət müəyyənləşdirilir.Buna uyğun endirimlər də edirik. Qiymətlər 35-60 manat arası dəyişir".


May ayında toy eləmək qadağandır

Ölkəmizdə may ayındatoy mərasimlərinin keçirilməsi ilə bağlı qəribə bir ənənə mövcuddur. Artıq əksərailələr "may ayında toy etməzlər" deyimini əsas götürərək bu ayın həqiqətəndə uğursuz olduğuna və xeyir gətirməyəcəyinə inanır, mayda xeyir iş görməkdən vazkeçirlər. Bununla bağlı "Fəridə” şadlıq sarayının inzibatçısı Bəxtiyar bəy busualımı cavablandırır:

"Əcdadlarımız bu ayı"yaşıllıq" ayı adlandırır və onu təbiətin son oyanışı, yaşıllığınartması ilə bağlayırdılar. Amma bu ayda toylara xüsusi qadağa çox sadə izahatamalik idi: mayda əsasən kənd təsərrüfatı işləri başlanırdı, kəndliləri işlərindənayırmamaq üçün bunlar düşünülürdü. Çünki kəndlinin bütün qışı normal vəehtiyacsız yaşaması üçün onun işləməsi lazım idi.”

Ənənələrdən qaçmaqolmur. May ayında toy eləməzlər, vəssalam.


Üstümə bıçaq çıxartdı

İçəri keçib zaldaofisinatları gözdən keçirdirəm. Ağ köynəklilərdən birinə yaxınlaşıram. Tələbəolduğumu bildirirəm. Həmsöhbətim Tural da tələbəyəm deyir. Axşamları dərsdənsonra ofisiantlıq edərək, dolanır. Tural sizə toyda yaşadığı maraqlı əhvalatıdanışsın, sizlər də dinləyin: "Qarabağ toyu idi. Zalda o qədər adam vardı ki,iynə atsan yerə düşməzdi. Mahnılar da fasilə vermirdi. Baş-beynim dağılırdı.Baxdığım stola yemək çatdırmaq olmurdu. Stoldan yarımçıq salatı götürdüm ki, buan ofisiant yoldaşım kürəyimdən toxundu və salat masad əyləşən keçəl bir kişinbaşına töküldü. Neyləməli olduğu bilmirdim. Ayağa qalxıb masanın üstündəkibıçağı üstümə çəkdi. Qorxudan uzaqlaşdırm ordan.”

Turalla sağollaşıbzaldan çıxıram...


Son

Müşahidələrimdən bu qərara gəldim ki, ölkəmizdə toyedənlər, toylar həddindən artıq azalıb. İnsanlarımızın maddi vəziyyətinin çətinolmağı, devalivasiya toyları, şadlıq saraylarına da mənfi şəkildə öz təsirinigöstərmişdir.