Canlı yayım zamanı güllələnərək öldürüldü - VİDEO
Meksikada tanınmış sosial media fenomeni Sezar Qastelum canlı yayım zamanı silahlı hücuma məruz qalaraq öldürülüb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə kartel zorakılığının geniş yayıldığı Sinaloa ştatının Kuliakan şəhərində qeydə alınıb.
“TikTok”da təxminən 600 min izləyicisi olan və əsasən, komediya videoları ilə tanınan Qastelum “fast-food” restoranının qarşısında iki dostu ilə birlikdə canlı yayım edib. Onların hər üçü yemək çatdırılma xidmətinin əməkdaşlarına məxsus narıncı gödəkçələr geyinib.
Bu zaman iki nəfərin olduğu motosiklet onların yaxınlığında dayanıb. Motosikletdəki silahlı şəxs yaxın məsafədən Qasteluma atəş açaraq hadisə yerindən qaçıb.
Sinaloa ştatının təhlükəsizlik rəsmiləri bloqerin öldüyünü təsdiqləyib və hadisə ilə bağlı genişmiqyaslı əməliyyata başlanıldığını açıqlayıblar.
İlkin məlumata görə, qətl Sinaloa kartelinin müxtəlif qrupları arasında nəzarət uğrunda davam edən qarşıdurmalar fonunda baş verib.
Meksikanın Təhlükəsizlik Kabineti bildirib ki, Qastelumun cinayətkar qruplarla mümkün əlaqəsinə dair sosial media paylaşımları da araşdırılır. İstintaq çərçivəsində müşahidə kameralarının görüntüləri və digər sübutlar təhlil edilir.
Meksika Prezidenti Klaudiya Şeynbaum qətlin hərtərəfli araşdırıldığını, cinayəti törədən şəxslərin və mümkün sifarişçilərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasının vacib olduğunu bildirib.
Yerli medianın məlumatına görə, 2024-cü ilin sentyabrından etibarən Sinaloa kartelinin qrupları arasında başlayan qarşıdurmalar nəticəsində təkcə Kuliakanda ən azı 12 sosial media fenomeni öldürülüb.
Qeyd edək ki, ötən il Xalisko ştatında 23 yaşlı “TikTok” fenomeni Valeriya Markes də gözəllik salonunda canlı yayım zamanı silahlı hücum nəticəsində qətlə yetirilib. Həmin hadisə ilə bağlı “Xalisko Yeni Nəsil” karteli ilə əlaqəli olduğu bildirilən dəstə rəhbəri Ramon Anxel Alvares Ayala saxlanılıb.
Digər Xəbərlər
10 Avqust 2026 18:00
230 miqrant bir qayığa sığınıb Böyük Britaniyaya keçdi
10 Avqust 2026 17:44
"Bir dənə də olsun istilik elektrik stansiyası qalmayıb" - Zelenski
10 Avqust 2026 14:31
Tatarıstanda matəm elan olundu - YENİLƏNİB
10 Avqust 2026 12:42
İran XİN: Əraqçi və Qalibaf Pakistana səfər edəcək
10 Avqust 2026 10:38
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
10 Avqust 2026 09:58
Kamçatkada qızıl mədənində partlayış: Ölən və yaralananlar var
10 Avqust 2026 09:50
Rusiyanın ən varlı qadınının biznes-imperiyası belə çökür...
10 Avqust 2026 09:08


Bakı -°C

