adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Aprel 2019 13:11
13803
İDMAN

CANLANIR HƏR QARIŞ YER SUMQAYITDA, CANLANMIR TƏKCƏ FUTBOL SUMQAYITDA

Bizim komanda, yəni «Qarabağ» «Sumqayıt»a qalib gəldi. Təbii ki, mənim üçün xoşdu. Amma bir məsələ mənim üçün heç də xoş deyil. Ötən il «Sumqayıt» çoxgözəl təsir bağışlayırdı. Elə bu mövsümün əvvəlində də. Və əslində komanda millimizüçün bir bazaya çevrilməkdə idi. Çünki hamısı yerli futbolçularıydı. «Sumqayıt» həm də «Qarabağ» və «Neftçi»dən sonra ən çox azarkeşi olan klubdu. Stadionu həmişədolu olur, çox güclü azarkeş dəstəyivar, bu da məni sevindirir.

Amma son zamanlar bu komandanınuğursuz çıxışları bir futbolsevər kimiməni çox üzür. Belə bir gözəl stadionu, belə güclü bir azarkeş dəstəyi olan klubgetdikcə nüfuzunu itirir.

Komandanın rəhbərliyi, baş məşqçisi,oturun bir əməlli-başlı götür-qoy edin. Bizi«Sumqayıt»sız qoymayın!

Aqil ABBAS