adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Iyul 2020 11:42
58735
ƏDƏBİYYAT

Canavarlar Qarabağda qaldı

...Canavarlar Qarabağda qaldı,

hərə əlində bir ovuctorpaq,

ağzında bir qurtum su,

ciyərlərində bir udumhava gətirdi ordan.

Sözlü qızlar sevgiləriniqaçaqaçda

salıb itirdilər...

Bakıda doğulub. Yaşıçatmayıb Qarabağdan qaçanların cərgəsinə qoşulmağa. Ruhu köçkündür. Didərginkimi gəzir Bakı küçələrini. Şeirləri həmişə ələ verir onu. Ağdam səngərininhavası var bütün şeirlərində. Bütün köçkün uşaqların taleyini yaşayır, onlarınacısına ağlayır. Ana bətnində didərgin düşən uşağı da onun hissləri kimi özündə,ruhunda duyur:

Gedirbir qadın -

bətnindəkörpəsi,

kürəyindəayağını itirmiş əri...

Birqadın gedir,

bətnindəkiuşaq da

Addımlayıratasının yerinə...

Qadınıncanında gizli bir üşütmə:

- Sabahdeməzlərmi,

bu körpəninayaqları kimdəndir?!

Müharibədən sonralar müharibədən daha dəhşətli olur. Əsl müharibələr müharibəbitdikdən sonra başlayır. Sonanın düşmən yerlərini bilməsin deyə, övladınınağzını yumub nəfəsini kəsdiyi kimi... Müharibədən sonranın uşaqları,uşaqlıqları ömrü boyu travma və ya nəfəssiz yaşayır bu dünyanı.

Bizi müharibə şeirləri doğmalaşdırdı. Sonra Gənc Ədiblər Məktəbi, həyat yolu,acılar, sevinclər... Bəlkə də onu tanıdığıma görə şeytani bir hisslərimə minnətdaram.Müharibələrə təşəkkür edirəm, hər atılan mərmiyə toplara, tanklara təşəkküredirəm, nə yaxşı faciələr var deyirəm. Olmasaydı, onu tanımazdım. Müharibələrdəvə onun yaratdığı bütün uşaq ölümlərini metamorfoz bildi. Onun şeirlərindəbütün uşaqlar ölsə də, ölmədi... Hər biri mələyə çevrildi. Yer üzündə bir uşaqazalır, göy üzündə bir mələk artır.

Əsəbiləşər,amma dalaşmaz, sənə olan hirsini Heminqueydən, Ekodan, Nabokovdan, Vonnequtdanvə başqalarından çıxar. Onların kitabını oxumaqla...

Sevgidə qürur gözləmir, bütün insanları sərhədləri aşmağa, ruhu azadlığa təslimedib parabüzənlərə qoşulub uçmağa səsləyir:

Göndərməyinparabüzənləri

sevdiyinizinarxasınca,

düşünün.

Bəlkə də,

barmağınızınucundakı böcək

eləsizi aparmaq üçün gəlmiş...

Müharibələri evə, mental dəyərlərin yaratdığı məişət qovğasına kimi gətirir. Bəlkədə bütün müharibələr bizim kiçik daxmalardan çıxan "səni sevmirəm"sözüylə başlayır. Elə bütün müharibələr. Sevgisizlik, anlayışsızlıqdan. Körpəgözü önündə döyülən anaların hayqırtısıdır, o körpələrin üsyanıdır bütün dünyamüharibələri. "Ata, anamı döymə" deyən qızcığazın ümididirmüharibədə atəşkəsin yaranacağına.

Ona yaşamaq sadəcə fel kimi maraqlıdır. Paltosunun deşiyini sorğu-suala tutanküləyi üşüsə sinəsinə sıxıb nəfəsiylə isidər.

Ana ola bilməyən bütün qadınların üzünə baxa bilmir. Doğulmamış uşaqlara görəüzr istəyir o qadınlardan, utanır onlardan. Peşmandı doğulduğuna...Amma yenə də o "ana"ların sığala həsrət əllərinə bir bəhanətapır, bir pişik balasını və s...

Bilməzsiniz

sizə həsrətqalanların

evdəpişik saxlamasının ağrısını.

Qonşudabir qadın var

dibçəkdəkigüllərinə

qızımdeyir, pişiyinə oğlum...

Şuşanın musiqi estetikası, mədəniyyəti, ritmi şeirlərinə, davranışına qədərsirayət edib. Kimsənin ciddiyə almadığı birini saatlarla dinlər, dərdini bölüşməsinigözlər, sonra Orxan Pamukdan müsahibəsi də dərc olunar.

İki şəhər arasındakı zaman tunelində var-gəl edir. Bəlkə də İstanbulda oxumasıbir bəhanədir səmaya qalxmaq üçün. Əli Kərimin "Aut" şeirindəki kimi.Yerdən görə bilmədiyi Qarabağ torpaqlarını səmadan görə bilmək, təyyarə pəncərəsindənana bətnindən didərgin düşdüyü o yurda əl yelləmək...

Savadlı, yoxsa istedadlı deyimlərinin tutduğu ədəbi mühitimizdə heç birinə aidolmayan tək-tük şəxslərdəndir. O, savadlı istedaddır.

Sevgi və sevişməyi vəhdətdə tutur. O zamana kimi sevişmə ruhsal olsun, heyvanidüşüncələrin instinkti deyil. Qadın əzablarına ağlamaq da var taleyində:

Tərləmişqadının

bədəninəbaxanda anladı ki,

indi obütün bədəniylə ağlayır...

Qadında anlamışdı.

Bayaqona möhkəm sarılan kişi

sevişmirdi,

Özünüçarmıxa çəkirdi

qadınınbədənində...

Süqutetmişdi qadının içindəki

son sərkərdə-ümid.

Kişistolun üstünə

bir az pul qoyubçıxmışdı...

Ruhsal aləmdə gəzintilərdən sonra erotizmin akkordunu da vurur Hitlerin katibəsivasitəsilə. Müharibə həm də erotikadır... Qadın köynəyinin düymələri minalar vəya minalanmış ərazi, ayaqların səmaya doğru işarəsi isə kapitulyasiya və ya təslimçilik...

Anaların hörmədiyi qızların saçı uzanmır deyərək Şərqdə arzulanmayan qız körpələrinihamıdan çox sevir. İmkanı olsa oyuncağı olmayan bütün körpələrin kuklası olarözü.

Yazıya baxıram, adını belə çəkmədim. Onsuz da bütün sözlər, adlar uydurmadır,var olan, həqiqətsə bircə ruhdur. Duyduqların, yaşadıqların, yaşatdıqların,yaratdıqların elə sənin adındır.

Yazını elə insan gülüşünə həsrət masalara, tənhalığa - mənə həsr etdiyi şeirləbitirirəm.

Undergraund

(Emin Piriyə)

Nə gözlərindən,nə əllərindən

içməyindəntanıyıram adamları.

Boşverin, "Bədən dili" seminarlarını.

Nizamiküçəsində

"Əyyubunkafesi" dediyimiz o zirzəmidə,

YeraltıAidin səltənətində

nəadamlar gördük, nə içkilər içdik,

nə söhbətlərəşahiddir o kafenin qulaqları.

Axtarsanız,nisyə dəftərlərini

görəcəksiniztanıdığınız şairlərin adlarını.

-Ofisiant!

-Masaya içki gətir ən acısından!

Qədəh-qədəhhəyatlarını yaşayanları,

içibdava salanını, ağlayanları

görmüşəmo zirzəmidə.

Adamlargörmüşəm orada

gözlərindəhəyat əlaməti yox.

Adamlargörmüşəm

kafeninsınıq güzgüsündə

özünüöpəcək qədər

tənha,kimsəsiz, heç nəsiz,

şeirləriyləyox, yaşadıqlarıyla şair.

Adamlargörmüşəm

özünüunudub gedən

sonraqayıdıb deyən:

-bağışlayın, "mən"i görməmisiniz ki?

təxminənmən yaşdadır, mən boyda,

gözləriqəhvəyi, qıvrımsaçlı,

amma məndənbir az kədərli,

amma məndənbir az tək,

amma məndən bir az qərib,

çiyinlərimənimkindən bir az bükülü...

-Ofisiant!

- Otelevizorun səsini azalt!

Masamızınüçüncü qonağı olardı

AhmetKayanın "Yetiş nerdesin"i.

Ammamasaya yaxınlaşıb

"Nəsəlazımdır?" - deyən

ofisiantdanbaşqa heç kim gəlməzdi...

Soyuqqış axşamlarında

ürəyimizisevgiylə

dodaqlarımızışeirlə isidərdik....

Badələrdolur, badələr boşalır...

Dost,dur gedək, Yeni il yaxınlaşır.

-Ofisiant!

- Buömrün hesabını gətir!

(30 dekabr 2012 Əyyubun kafesi)

Qeyd: Yazı şair Ramil Əhməddən bəhs edir.


Emin PİRİ