adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Iyul 2019 11:54
9896
MƏMLƏKƏT

Can, ay kasıb...

"Kəskin miokard infarktı" keçirən bir xəstənin təcili istifadə etməsi gərəkən AKTİLİZE preparatının Azərbaycanda pərakəndə satış qiyməti 757 manatdır.

Yəni ki, minimum əmək haqqı ilə işləyən biri o dərmanı almaq üçün 3 aydan 1 gün çox işləyib yemədən, içmədən, geyinmədən həmin pulu yığa bilər.

Təbii ki, işləyə bilsə, ac-susuz yaşaya bilsə, ən əsası da sağ qala bilsə...

Bu yerdə Bütün dünyada mövcud olan "sosial və tibbi sığorta" yada düşür və analoqsuz səhiyyəni görən Kərəmiağlamaq tutur.