Cahangir Hacıyevin evi nəzarətə götürüldü
Cahangir Hacıyevin və yaxınlarının evi polislər tərəfindən nəzarətə götürülüb.
Adalet.az xəbər verir ki, bu barədə musavat.com-a C.Hacıyevin yaxınları məlumat verib.
Məlumata görə, Cahangir Hacıyevə hökm oxunduqdan sonra onun metronun "İçərişəhər" stansiyasının yaxınlığında yerləşən mənzili polislər tərəfindən nəzarətə götürülb.
Həmçinin bacısı Əminə Hacıyevaya məxsus Mərdəkandakı bağ evi və anasından miras qalan evi nəzarətə götürülb.
C.Hacıyevin yaxınları bunun səbəbini bilmədiklərini deyirlər.
İlkin ehtimala görə, bu əməliyyat əmlakın müsadirə olunması ilə bağlıdır.
Qeyd edək ki, Cahangir Hacıyev məhkəmənin qərarı ilə bu gün 15 il müddətinə azadlıqdan məhrum edilib və 63 milyon manat məbləği Beynəlxalq Banka ödəməsi barədə hökm çıxarılıb.
Digər Xəbərlər
01 May 2024 17:20
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR
30 Aprel 2024 14:53Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49Baş Prokurorluq: Azad edilmiş ərazilərdən 608 nəfərə aid insan qalığı müəyyən edilib
29 Aprel 2024 17:35Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb
29 Aprel 2024 15:56