Cahangir Hacıyev barəsində hökmdən apellyasiya şikayəti verilib
"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.
Adalet.az xəbərverir ki, bu barədə APA- C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib. Onun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
C. Hacıyev 15 il, Bakı Fındıq Zavodunun direktoru işləmiş, hazırda zamində olan Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev və bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Hökmdə bildirilir ki, Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka, 7 milyon manat tutularaq isə "Aqrokredit" QSC-yə verilsin.
Digər Xəbərlər
29 Aprel 2024 17:35
Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb
29 Aprel 2024 15:56Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı
27 Aprel 2024 12:57Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33