Çağırışçıların yekun tibbi müayinələri davam etdirilir

Bir sıra kateqoriyalar üzrə rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.
Bu barədə Adalet.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə çağırışçılar Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində fəaliyyət göstərən, ən son müasir avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir.
Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların:
• sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);
• sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);
• dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);
• həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)
yekun tibbi müayinəsi aparılır.
Yekun tibbi müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası aşağıdakı qərarlardan birini qəbul edir:
• yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir;
• yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir;
• yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.
Qeyd edilib ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının çağırışçıya dair rəyi təsdiq edildikdən sonra Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə göndəriş daxil edilir və göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir.
Növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir. Yekun tibbi müayinələr aidiyyəti qurumlarla birgə iş şəraitində şəffaf, çevik və obyektiv şəkildə həyata keçirilir.
Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.
Digər Xəbərlər

Yaşlanma əleyhinə inyeksiya Çində uğurla sınaqdan keçirilib

Bu orqanizm üçün siqaretdən də təhlükəlidir

Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO

Uşaqlarda dəmir, B12 və D vitamini çatışmazlığı nələrə səbəb olur?

Gel dırnaq boyalarından istifadə edən xanımlara XƏBƏRDARLIQ - VİDEO

Özəl klinikalar tibb heyəti ilə müqavilə bağlamasa... - AÇIQLAMA

Təzyiqi normada saxlamaq üçün – Ən sadə üsul
