adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Oktyabr 2018 12:23
24233
MƏDƏNİYYƏT

BXA-nın müəllimləri Ukraynada master -klass keçiblər

Bakı Xoreoqrafiya Akademiyası TəhsilKompleksinin (BXA) müəllimləri UkraynanınXarkov Dövlət Mədəniyyət Akademiyasında ustad dərsləri keçiblər.

Milli rəqs kafedrasının müdiri, Əməkdar artistSənan Hüseynli və sözügedən kafedranınmüəllimi, prezident mükafatçısı Çinarə Quliyeva keçirdikləri ustad dərslərində həmşəxsi, həm də beynəlxalq təcrübəyə əsaslanıblar. Böyük maraqla qarşılanan ustaddərsləri Xarkov Dövlət Mədəniyyət Akademiyasının professor-müəllim və tələbəheyətinə Azərbaycanın milli xoreoqrafiyasına dair təcrübə qazandırıb. Eynizamanda S. Hüseynli və Ç. Quliyeva ustad dərsləri çərçivəsində "Zapovit” Tədris xalq rəqs teatrınıniştirakçılarına praktiki məsləhət də veriblər.

Xarkov Dövlət Mədəniyyət AkademiyasınınXoreoqrafiya Sənəti fakültəsinin dekanı, akademik, Ukraynanın Xalqartisti,Boris Kolnoquzenko BXA müəllimlərinin keçdikləri master- klass dərsləriniyüksək qiymətləndirərək qeyd edib ki, Xarkov Dövlət Mədəniyyət Akaemiyası bu əməkdaşlığaxüsusi önəm verir. O, müəllimlərə mütəmadi şəkildə ustad dərslərini keçməyi təklifedib. Qeyd edək ki, keçirilən ustad dərsləriilə əlaqədar Sənan Hüseynli və Çinarə Quliyeva xatirəmedalları ilə təltif ediliblər. Həmçinin B.Kolnoquzenko BXA-nın müəllimlərinə tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq,tələbələrin müxtəlif beynəlxalqfestivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumatverib. Görüşdə gələcək əməkdaşlıq və perspektiv yaradıcılıq layihələri müzakirəolunub.

Xatırladaq ki, Boris Kolnoquzenko QəmərAlmaszadə adına II Beynəlxalq Rəqs müsabiqəsində münsiflər heyətinin üzvi olub.

Sonda BXA-nın müəllimlərinə işlədikləri qurum rəhbərinə ünvanlanmış təşəkkür məktubuda təqdim olunub.