adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 May 2018 16:26
31736
MƏDƏNİYYƏT

BXA-da ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi (BXA) ümumilli lider HeydərƏliyevin 95 illiyinə həsr olunmuş "Milli mədəni dəyərlərin qorunmasında vətəbliğində Heydər Əliyev fenomeni” adlı V Respublika elmi-praktiki konfranskeçirilib.

Plenar iclası giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professorTimuçin Əfəndiyev ölkəmizdə ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuşsilsilə tədbirlərin, həmçinin akademiyada beynəlxalq və respublika səviyyəlikonfransların təşkil edildiyini vurğulayıb. Rektor ümumilli liderin hakimiyyətidövründəki müstəqil, demokratik-hüquqi dövlət quruculuğundan, mədəniyyətsahəsinə olan xüsusi qayğısından danışıb:” Azərbaycan müstəqillik qazandıqdansonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, HeydərƏliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinəyeni təkan verdi”.

T. Əfəndiyev ulu öndərin siyasətinin hazırda prezident İlham Əliyevtərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq aləmdə böyüknüfuz qazandığını söyləyib.


Rektorunçıxışının ardınca isə ümumilli lider Heydər Əliyev haqqında video-çarxınnümayiş olunub.

Daha sonra BXA-nın elm və yaradıcılıq üzrəprorektoru, əməkdar incəsənət xadimi Sonaxanım İbrahimova " Heydər-Əliyev-mədəni-mənəviintibahın təminatçısı”, BXA-nın Azərbaycan dili və ədəbiyyat kafedrasınınmüdiri, professor Vəfa Əliyev "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Opera vəBalet Teatrının bədii rəhbəri, Xalq artisti Kamilla Hüeynova " Azərbaycan baletsənətinin inkişafı Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir”, MilliElmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıqüzrə fəlsəfə doktoru Xəzər Zeynalov " Heydər Əliyevin bədii obrazı Azərbaycanxalça sənətində”, BXA-nın baş müəllimi, Əməkdar artist Sənan Hüseynli "Ümummilli liderin Azərbaycan milli xoreoqrafiya sənətinə böyük qayğısı”,BXA-nın müəllimi, prezident təqaüdçüsü Pərvin Nəcəfova " Heydər Əliyev gənclərsiyasəti” , BXA-nın Musiqi fənlərikafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Eldar Dadaşov " Azərbaycanmusiqi mədəniyyətinin inkişafı və təbliği Heydər Əliyevin siyasi fəaliyyətinintərkib hissəsi kimi” adlı məruzələrlə həmçinin Xalq artistləri Təranə Muradovavə Nazpəri Dostəliyeva çıxış edərək dahi şəxsiyyətin keçdiyi mənalı həyatyolundan,çoxşaxəli fəaliyyətindən, rəhbərliyi dövründə Azərbaycanın hər bir sahəsinəgöstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Qeyd edək ki, AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiriYaşar Əliyev, şöbənin əməkdaşları, eləcə də müxtəlif dövlət müəssisə əməkdaşlarınıniştirak etdiyi konfrans öz işini seksiyalarla davam etdirmişdir.