adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Avqust 2020 13:22
54105
ƏDƏBİYYAT

“Buzovlar ölkəsi”nə məktublar - Şəfa VƏLİ yazır

"Turist”filmində Conni Deppin damdan-dama atlayıb qaçdığı bir səhnə var. Adama elə gəlirki, o səhnə insanın can qorxusundan daha çox, Venesiyada damların bir-birinəolan mehribanlığını anladır… Damları mehriban olan adamlar da yaxşı qonşulardır,yəqin ki…

… Bir nəfər İsadan soruşur: "Tanrı buyurur ki,qonşunu özün kimi sev. Bəs mənim qonşum kimdir?” İsa cavab verir: "Bir adamyolda gedərkən quldurların hücumuna məruz qalır. Quldurlar onu döyür, yarıcanhalda yolda qoyub paltarlarına qədər götürüb gedirlər. Yoldan bir kahin və birhəmkəndlisi keçir, ikisi də yarıcan halda yatan adamı görüb yollarını dəyişirlər.Ona yaxınlaşmırlar. Bir səyyah isə qaçaraq yaxınlaşır, çantasından yağ və şərabçıxarıb huşsuz adamın yaralarını yuyur, sarıyır. Sonra onu yaxındakı evəaparır. Ev sahibinə pul verib deyir ki, bu adamı sağalt, ona yaxşı bax. Əgər mənqayıdanadək verdiyimdən artıq pul xərcləsən, sənə yenə pul verəcəyəm. İndi, səncə,həmin adamın qonşusu kim idi?”

Təbii ki, fikrin özəyini anlayan hamı qonşununkim olduğunu bilir. Amma məni Emin Pirinin Venesiyada yaşayan qonşusu daha çoxdüşündürdü bu gün… Hərçənd, Emin adını "Venesiyaya məktublar” qoyduğu silsilədəməktubun ünvanı kimi əsmər-şokolad qızı göstərir, mən yenə də bu məktublarınonun bir qadına olan eşqindən daha çox dünyaya, insanlara olan eşqindən bəhsetdiyini düşünürəm…

"Üzümü hara tutum dua edəndə? Məkkəyə, Vatikana,yoxsa Venesiyaya?” misraları birbaşa "Aşıq və Yaxşı” dastanına göndərmə olsada, 33 yaşında intiharı düşünmək Nitsşenin "Allah öldü, onu biz öldürdük”deyiminə üsyandır… Emin sübut etməyə çalışır ki, daxilimizdə Allahı öldürmürük,əksinə, daim ona doğru can atırıq, həyat-ölüm seçimində də onun tərəzisininhansı gözünün ağır olduğunu hesablamağa çalışırıq…

Emin Piri Venesiyadakı qonşusuna yazdığı bütün məktublarındaİsanın insan sevgisindən bəhs edir: Suriyada gəlinciyi güllənən qızcığaz da,Prometey də, İsanı edama aparan Roma əsgərləri də Eminin qonşusudur…

Mən Zevsin Qafqaz adlı cəhənnəmində
Prometey kimi
Ciyərlərimi didir qartal
Sənə verdiyim "oda” görə…

Bütün dünya xalqlarının mifologiyasında Qafdağının (Qafqazların) anladılması fərqlidir… Mif və əsatirlərdə Qaf dağının"zülmət diyarı”, "Anka quşunun yuvası”, "Tanrıların diyarı” kimi qarşımızaçıxması heç də təsadüf deyil… Amma Eminin Qafqazı "Zevsin cəhənnəmi” kimi təqdimetməsi yadıma şərab tanrısı Dionisi saldı. Özünü həmişə ikinci adıyla "Bakius” kimi təqdimedən Dionisin sonradan sıralarına daxil olduğu tanrıların "cəhənnəmi”nin odunqaynağı olması da zamanla aşınmış inancdır. İnsanların odla "küsüb-barışmaları”fonunda Qaf dağı təfəkkürlərdə müxtəlif cür obrazlaşdırıla bilərdi…
***

Xəritədə İtaliya hələ də yuyur
Çəkməsinə bulaşmış palçığı
Aralıqda batan şərqlilərin göz yaşıyla…

Belə yazır üçüncü məktubunda Emin Piri… Xəritəyəbaxdım, düşündüm, görəsən, "şərqlilərin göz yaşıyla” yuyulmasındanqorxduğundanmı Emin bütün məktublarını çəkmənin palçığa batmayan yerinə –Venesiyaya göndərir? Sonra da öz-özümə: "Yox… O, bu məktubuyla şərqliqonşusunun faciəsini qərbli qonşusuyla bölüşür…” – dedim… Bütün Şərqin dərdyükünü sətirlərinə toplayıb xəyali qanadlarıyla Venesiya səmalarında uçan bir məktubhansı göz yaşından qorxar ki?!

***

İnsanların qonşusunu tanımadığı göydələnlərinsakiniyik… Amma dualarımızda hələ də "Tanrım, bütün insanları qoru, axı, bütüninsanlar qardaşdır” – deyə biliriksə, deməli, hələ insanlıq ölməyib… Ölməmişik…Təkliyimizin, kimsəsizliyimizin qürurunu ruhumuza geyindiyimiz vaxtlar da ömürdənsayılır… Emin Piri ömrün bu anlarını gecəyə bənzədir, Tanrının ən etibarlısirdaş olduğunu anladır.
"Şeytana atılan daşlardan uşaqlara xoşbəxtliksarayı tikmək” Eminin qonşusuna pıçıldadığı ən səmimi arzudur. Oxucu kimiarzulayıram ki, kaş, Eminin venesiyalı qonşusu onun bu pıçıltısını eşitsin…

***

Eminin məktublarında müharibə də bir başqaobrazdadı. Elə bil, "buzovlar ölkəsi”nə – mafiya savaşlarının mərkəzinə"Hamıdan çox uşaqları sevər müharibələr… Kiminin alnından, Kiminin gözündən öpər”yazıb göndərməklə həqiqəti bütün əsrlərin ən "bahalı” rəsm əsərinin – insanduyğularının fon rəngində gizli mesaj kimi ötürür…

"Atasının məzarını qıdıqlayaraq onu güldürməyəçalışan” balaca qızcığazla Venesiyadakı əsmər-şokolad qız, nəinki qonşu, lap eləəmiqızıdırlar; atalarının miras davası Habillə Qabildən bu yana hələ bitməyib…Bu davanın sülhlə bitəcəyi gün insan oğlu SÖZ olaraq yenidən doğulacaq və bütüncümlələr, bütün şeirlər yenidən yazılacaq… Həmin vaxt suların yaddaşından birmisra qopacaq, buludlara qovuşacaq, hər yağış damlasıyla torpağa hopacaq:"Hamımız Tanrının övladıyıq, qardaşım İsa!” İsanın son cavabı isə bu olacaq:"Tanrı buyurmuşdur: Qonşunu özün kimi sev!”