Bütün avtovağzallar gücləndirilmiş iş rejimində çalışır
Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib, 14 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilin rekord göstəricisidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Adalet.az-a bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 45 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur. Bunun üçün həvəsləndirici fürsətlər də mövcuddur. Belə ki, 20-31 mart tarixlərində “biletim.az” portalının saytı və mobil tətbiqindən alınan bilet 3 faiz (ATB kartları) keşbek qazandırır.
Digər Xəbərlər
16 Mart 2026 18:00
Hikmət Hacıyevdən Azıx mağarası ilə bağlı PAYLAŞIM
16 Mart 2026 17:54
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
16 Mart 2026 17:24
Samir Nuriyev Xocavəndin Quzeyxırman kəndindəki işlərlə tanış oldu - FOTOLAR
16 Mart 2026 17:07


Bakı -°C

