adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Iyul 2018 13:42
32340
MƏMLƏKƏT

“Buraya gələndən sanki cənnətə düşmüşəm” - Fotolar

Son günlərhavaların isti keçməsi biz jurnalistlərin də yaradıcılığına müəyyən təsir göstərib.Ancaq bütün bunlara baxmayaraq Bakının bu başından o başına, Yasamaldan Bilgəhəüz tutduq. Havadakı hərarət bu yolculuğumuza heç bir təsir göstərə bilmirdi.Çünki yolumuz Bilgəhdəki Pensiya yaşına çatmış şəxslərüçün sosial xidmət müəssisəsinə (El arasında bura "Qocalar evi” də deyilir) idi. Buranın daimi sakinlərinin yaşayış durumu, sosial vəziyyəti,dövlətimizin onlar üçün yaratdığı şəraitdən nə dərəcədə yararlana bildikləriniöyrənmək üçün bu yola çıxmışdıq.

Bəri başdanonu da bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DövlətSosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindənreportaj hazırlamaqla bağlınazirliyə etdiyimiz müraciət müsbət qarşılandı. Nazirliyin ictimayyətlə əlaqələrşöbəsi və bu şöbənin nümayəndələri bizə bunun üçün lazımı şəraiti yaratdılar.

Saat13:00-a planlaşdırılan görüş yerinə özüm bilərəkdən bir az tez getdim. İlk növbədəmüəssisəninabad və geniş yaşıllığın salındığı gözoxşayan, təmiz həyət-bacası və müasir tələblərəuyğun tikilimiş yeni korpusu diqqətimi cəlb etdi. Müəssisənin giriş qapısında dayanan mühafizəçideyir ki, buraya hər gün onlarla qonaq gəlir. HəttaABŞ-dan olan turist təsadüfən buradan keçəndə həmin müəssisə ilə maraqlanıb,burada yaradılan şəraiti böyük heyrət içində qarşılayıb. ABŞ-lı turist Azərbaycandakimsəsiz qocalar üçün belə bir şəraitin yaradılmasını yüksək dəyərləndirib. Həttabuna inanmadığını açıq-aydın büruzə edib.

Təbii ki,bütün bunlar Azərbaycamn Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin, dövlət başçısıtərəfindən yaşlı, ahıl insanların sosial müdafiəsinə göstərilən xüsusi qayğınındaha bir təzahürüdür.

Mühafizəçiilə bu yöndə söhbət apardıqdan sonra icazə əsasında müəssəyə daxil oldum

İnzibatibinaya daxil olanda buradakı təmizlik, səssizlik və yaradılan şərait sözlə ifadəolunmayacaq dərəcədə idi. Qısa belə deyim. Müəssisə sakinlərinin asudəvaxtlarınının səmərəli təşkili üçün kitabxana, televizor, özünüməşğulluqlarıüçün emalatxanalar və s. var. Divan, kreslo oturacaqlar da müasir standartlaracavab verir ki, işi olmayan, darıxan qoca, ahıl burada asanlıqla istirahət edəbilir.

Müəssisənindirektoru Qətibə Əsədova ilə mehriban ailə başçısı kimi rəftar edən sakinlər AzərbaycamnPrezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci-vitse-prezidenti, HeydərƏliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas əhaliqruplarına qayğıkeş münasibətindən razılıqla söz açırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyevanın onlara göstərdiyi diqqət və qayğıdan, tez-tez bu müəssisəyə gələrəkonlarla görüşməsindən fərəhlə danışırlar. İnzibati binanın önündə dayanmışavtobusun da Leyla xanım tərəfindən onlara hədiyyə olunduğunu böyük sevinchissi ilə deyirlər.

Əmək və əhalinin sosial müdafiəsi naziriSahil Babayevin ötən ay müqəddəs Ramazan bayramında onlarla görüşünü dəunutmayıblar və bu görüşlə bağlı xoş təəssüratlarını bölüşürlər. Qətibə xanımrəhbərlik etdiyiniz müəssisəbarəsində bizə ətraflı məlumat verir. Onun sözlərinə görə, hazırda Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin nəznindəki Müharibə və əmək əlilləri üçünpansionatın 245 nəfər sakini var.Onlar Nazirliyin göstərişi ilə bizim müəssisəyəqəbul olaraq burda yaşayırlar.Onların113nəfərini kişi, 132nəfərini isəqadınlar təşkil edir.


Qətibə xanım məlumat verdi ki, sakinlər asudə vaxtlarında pansionatdakı gözəl parkda dincəlirlər,nərd, domino oynayırlar: " Bununla yanaşı sakinlərimiz üçün konsert proqramlarıtəşkil edirik.Cənab Prezidentin tapşırığı ilə onlar üçün səyyartibbi müayinələr təşkil olunur. Əl qabiliyyəti olan istedadlı ahıllarımız varki, istifadəyə yararsız əşyalardan çox maraqlı fiqurlar düzəldirlər. Xüsusi camaşırxanamız varki, həftədə bir dəfə onların həm geyim, həm yataq dəstləri yuyulub-ütülənərəközlərinə təhvil verilir”.

Bu arada Qətibə xanımın yanına beynəlaxlqtəşkilatların nümayəndələri gəldiyi üçün mən də fürsətdən istifadə edibpansionatın sakinləri ilə söhbətləşdim. Həmsöhbətim 25 ilə yaxındır bupansionatın daimi sakini olan Zəminə Cəbrayılova oldu. Zəminə xanım Füzulirayonundandır. Bir oğlu da var. Özünün dediyinə görə, burda özünü rahat hissetdiyindən heç ara getmək fikri yoxdur. Asudə vaxtlarında şer yazır və eləyazdığı şerlərdən ibarət kitab bu yaxınlarda işıq üzü görüb. Əsasən Prezidentİlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya həsr olunan şerlər yazıb.Qarabağ mövzusuna isə xüsusi həssaslıqla yanaşır. Deyir, tək bir istəyi var, oda öz dogma yurd yuvasına, Füzuliyə geri dönməkdir. Buna inanır da. Deyir,Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı azad edəcək: "O günuzaqda deyil”. Zəminə müəllimə ilə söhbət zamanı öyrəndik ki, pansionatda onaayrılan otaqda hər cür şərait yaradılıb. Özü də gündəlik olaraq ölkədə vədünyada baş verən hadisələri elə öz otağında olan televizor vasitəsi ilə izləyir.Hərdən oğlu və ya nəvəsi ilə görüşdüyünü bildirən Z.Cəbrayılova onu da deyirki, burda yaradılan şəraitdən razıdır. Qidalanma, təmizlikdən ağız dolusudanışan həmsöhbətim bu yaxınlarda ad gününün olduğunu diqqətə çatdırdı.Dediyinə görə, pansionatın rəhbəri Qətibə xanım ona ad günü hədiyyəsi də verib. Bu hədiyyə həyatında aldığı ən dəyərlihədiyyədir. Şerlər kitabını isə şairə Xanım Sevər çıxatdırıb. Zəminə xanımınürək sirdaşı olan Xanım Sevər hər bayramda ona baş çəkir. Arzularını yerinəyetirməyə çalışır.

Foyedə sakinlər üçün yaradılan kitabxanaya baxan zamanSima xanım bizə yaxınlaşdı. Sima xanım 2 ilə yaxın müddətdir ki, buradayaşayır. Dediyinə görə, hər zaman yüksək vəzifələrdə çalışıb. Ancaq ailədaxiliproblemlər onun yolunu buraya salıb. Bura gələndə isə halı o hal olmayıb:"Səhhətimdə ciddi problemlər var idi. Düşdüyüm social durum, ailəmin mənəetdiklərini həzm edə bilmirdim deyə səhəttimdə ciddi problemlər meydanagəlmişdi. Bura gələn kimi Qətibə xanım mənə həkim gətizdirdi. Yeməyimi palatayaqədər göndərirdi. Mən cəhənnəmdə idim bala, cənnətə düşmüşəm”.

Pansionatın digər sakini Hacıyev Şahin də uzun illərburada yaşayanlardandır. Kişilərə xas tərzdə çox danışmağı sevməyən həmsöhbətimburada yaradılan şəraitdən razılığını bildirdi. Onu da deyim ki, mən bu yazınıhazırlayarkən müəssisə sakinləri üçün naharvaxtı idi. Yeməklər paylanılırdı. Birinci və ikinci sırayeməklərin xoş qoxusu foyeyə yayılmışdı….

Ədil Ədilzadə