Bunu dayandırmasaq, cinayətin ortağı olacağıq - Hakan Fidan
Qərb İsrailin soyqırımında tərəfdaş olmamaq və Qəzzadakı vəziyyəti həll etmək üçün ona təzyiq göstərməlidir.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirlə Fələstin sərhədində yerləşən Rəfah keçid məntəqəsinə səfəri zamanı bildirib.
"Rəfah" sərhəd-keçid məntəqəsi nəqliyyatın hərəkəti üçün bağlıdır, sərhədin o biri tərəfi tamamilə dağıdılıb, 100 metr aralıda insan faciəsi baş verir, soyqırımı həyata keçirilir.
Gün ərzində təxminən 25 yük maşını Qəzzaya daxil ola bilir. Bu qırğını dayandırmasaq, cinayətin ortağı olacağıq, ona görə də əlimizdən gələn köməyi göstərməyə, təzyiqləri artırmağa çalışmalıyıq.Qərb ölkələri, xüsusən də ABŞ susqunluğunu pozmalı, İsrailə təzyiq göstərməlidir, əks halda onlar onun soyqırımında tərəfdaşlarına çevriləcək",- o bildirib.
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

