"Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

"Qarabağda antiterror tədbirlərinin baş verəcəyi gözlənilən idi".
Adalet.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Sabahın xeyr, Azərbaycan!" verilişində deyib. Müğənni Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinə qarşı aparılan lokal xarakterli antiterror tədbirlərindən danışıb:
“2020-ci ildə Azərbaycan Ordusunun o parlaq qələbəsindən sonra məhz Azərbaycan barışıq yolunu və beş prinsipi təklif etdi. Görürsünüz ki, bu üç il ərzində Ermənistan bunlara məhəl qoymadı. Bu baxımdan antiterror tədbirləri olmalı idi. Mən Azərbaycan ordusu, zabitləri və əsgərləri ilə fəxr edirəm. Ali Baş Komandanımız İlham Əliyev cənablarına bir Azərbaycan vətəndaşı kimi çox minnətdaram. Milli qeyrət hissimizi yenidən partlatdı. Eşq olsun, Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır!".
Digər Xəbərlər

Nazilə Səfərli: “Orda hansı monopoliyalar olduğunu bilmirsiniz”

Xalq artisti: “Vicdanınız olsun”

Müğənninin konsertinə gələn olmadı

"Efir ciddi güzgüdür və istəsən belə simanın əslini gizlədə bilmirsən"

Qumral: “Həyat yoldaşımdan çox pul qazanıram”

Musa Musayev efiri tək etdi: “Efirlərə gəlməyə son qoymuşam”

Aparıcı: “Sən kimsən ki, aparıcıya və ya verilişə şərt qoyursan?!"
