adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 May 2017 12:47
40688
GÜNDƏM

BULUD DAĞIDAN TOPLAR

Bir vaxtlar Sovetdönəmində bütün bölgələrdə bulud dağıdan toplar vardı. Elə ki, göy üzünü qara buludlaraldı, bax, həmin vaxtı istər-istəməz həmin topları işə salardılar. Göy üzünü qarabulud alanda ya fasiləsiz leysanlar yağardı, ya da dolu düşərdi. Bu isə taxıl, pambıqvə digər kənd təsərrüfatı məhsullarının yığılmasına mənfi təsir edərdi. Çünki doludüşəndə 1000 hektarlarla taxıl sahələrini vurar və məhsul zay olardı. Ona görə dətaxıl biçininə az qalmış göy üzünü alan qara buludlar toplar tərəfindən dağıdılardı.

Amma elə ki, Sovet dönəmi başa çatdı və bu toplar da zaman-zamanöz əhəmiyyətini itirməyə başladı. Başqa sözlə demiş olsaq, həmin toplardan istifadəedilmədi və bu toplar da paslanaraq öz istismar müddətini başa çatdırdı. Ona görədə müxtəlif məhsulların yığımı mövsümündə güclü leysan yağışların yağması və dolunundüşməsi həmin məhsulların əksəriyyətini məhv edir. Bu isə o deməkdir ki, ölkəmizdəkimlərinsə səhlankarlığı və günahı üzündən minlərlə hektar sahələrdə yetişdirilmiştaxıl məhsulları zay olur.

İndi bir çox mütəxəssislərbu qənaətə gəliblər ki, yenidən dolu dağıdan toplara çox böyük ehtiyac var. Məsələn,qonşu Gürcüstanda bu dolu dağıdan toplardan kənd təsərrüfatı məhsullarını xilasetmək üçün bu gün də istifadə edilir. Neçə illərdir ki, göy üzünü qara bulud alankimi leysan yağış yağır, dolu düşür və nəticədətonlarla taxıl məhv olub gedir.

Bəs bunun çıxış yolunədən ibarətdir? Mütəxəssislər bildirirlər ki, bu gün ölkəmizdə dolu dağıdan toplaraçox böyük ehtiyac var. Ən azından ona görə ki, məhsulun zay olmasının qarşısı budolu dağıdan toplarla alına bilər. Mütəxəssislər onu da bildirirlər ki, həmin doludağıdan topların indiki qiyməti 15-16 mincivarındadır. Mərmilərin isə qiyməti 250-300 manat arasındadır. Bu bizimölkə üçün bir o qədər də böyük vəsait deyildi. Yəni tonlarla mer-meyvənin, taxılınməhv olmasının qarşısının alınması üçün bu addım mütləq vaxtında atılmalıdır.

Əgər dolu dağıdantoplar yenidən bölgələrdə fəaliyyət göstərirsə, görün onda nə qədər zay ola biləcəkməhsulun qarşısını almaq mümkündür. Sadəcə olaraq bu məsələyə lazımı qurumlar xüsusidiqqət yetirməli və problemin həlli üçün ciddi addımlar atılmalıdır. Əgər bu addımlaratılarsa, sadaladığımız mövcud problemlər qısa zaman kəsiyində öz həllini taparvə məhsul bolluğu yaranar. Yəni kəndlinin min bir əzab-əziyyətlə yetişdirdiyi mer-meyvəni,taxılı leysan yağışlar və dolu vurmaz.

Faiq QİSMƏTOĞLU