adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Aprel 2019 16:27
21477
MƏDƏNİYYƏT

Büllur səslər sorağında - Akif Cabbarlı yazır

Heydər ƏliyevFondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, MədəniyyətNazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən"Muğam Televiziya Müsabiqəsi - 2019" yarışmasının bir ayı arxadaqaldı. Ötən müddətdə yaşananlar bütün təfərrüatı ilə əyani olaraq göstərdi ki,sayca 7-ci müsabiqədə iştirak edən gənclərimiz də Azərbaycan Böyük Muğam Evininsəlahiyyətli sakinləri kimi gələcəkdə klassik musiqimizin keşiyində dayanmaqiddiasındadırlar. Bu yarışma ölkə rəhbərliyinin, Heydər Əliyev Fondununprezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gəncistedadlara misilsiz qayğısının mahiyyətindən, muğam sənətinin daha uğurluperspektivlərə hesablanmasından soraq verir.

Üç ay davam edəcəkbu müsabiqə də şübhə yoxdur ki, muğamın dünya miqyaslı uğurlarına xidmətinbariz nümunəsi, bütövlükdə incəsənətimizə, musiqi və mədəniyyətimizə göstəriləntəmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc ifaçıların səsləndirdikləriklassik muğam nümunələri onların Böyük Səhnəyə doğru yürüşünün uğurla nəticələnəcəyibarədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinəəsaslı zəmin verir.


Ölkəmizin birsıra regionlarını təmsil edən gənc ifaçıların Bakı yarışması bir çox xarakterikcizgiləri ilə yaddaşlarda qalacaq. Hələ bərkdən-boşdan çıxmamış, bulaq suyukimi saf, zərif, kövrək, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin,texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları, səhnəqrafiya prinsiplərinitam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, qiymətlidirlər. Kollecvə konservatoriya auditoriyalarında professional muğam bilicilərindən,ustadlardan öyrəndiklərini minlərin, milyonların qarşısında özlərinin və bizimhamımızın ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsininecazkarlığını qat-qat artırır, ülviləşdirir. Səhnə arxasında intizarla növbəsinigözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri vətamaşaçılar... Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyəcanlaizləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvibağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir - kaş ki, ifaçı hansısamisranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və... uğurlu sonluq. Sonra münsiflər heyəti üzvlərinin - Xalq artistləri ƏlibabaMəmmədovun, Arif Babayevin, Səkinə İsmayılovanın, Mələkxanım Əyyubovanın, Mənsumİbrahimovun, Əməkdar incəsənət xadimi Sərdar fərəcovun və layihənin icraçısı,Yazıçılar Birliyinin katibi İlqar Fəhminin sanballı qeyd və iradları, tövsiyə vətapşırıqları. İfaçılara layiq olduqları qiymətlər verilir. Hamı da razı qalır -tamaşaçılar da, ifaçılar da. Çünki ustadlardan heç birinin çıxışında hər hansıqərəz hissi, biganəlik meyli duyulmur. Hədəf birdir - gənclər səhvlərini başadüşsünlər, səslərinin cilalanmasına, qəzəllərin dərindən öyrənilməsinəçalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar. Münsiflər heyəti üzvlərininqətiyyəti, prinsipial mövqeyi, eyni zamanda humanist davranışı, musiqiçilərinifaçıları son dərəcə bacarıqla müşayiəti, teleaparıcılar - Emil Şahzadə vəNurlana Cəfərovanın səriştəliliyi, salonda əyləşən söz-sənət xiridarlarının həssasmünasibəti müsabiqəni bir kompleks halına gətirir, bütövləşdirir.

Hər bir yarışmadanəvvəl Azərbaycan muğam korifeylərindən birinin ifasının video-yazısınınnümayişi, ölkəmizin həyatında baş verən ən mühüm yeniliklər barədə xəbərlərinçatdırılması Azərbaycan Televiziyasının yaradıcı heyətinin və texnikipersonalının gərgin əməyinin, ciddi axtarışlarının effektivliyindən xəbərverir. Son vaxtlar Azərbaycan Teleradiosunda həyata keçirilən uğurlu islahatlarözünü muğam müsabiqəsi yarışmalarının təqdimində də əyani göstərir və bu yoldahəmkarlarıma yeni-yeni uğurlar arzulayıram.

Müsabiqə davamedir. Kimin qalib gələcəyi, hansısa yeri tutacağı barədə indidən qəti fikirsöyləmək, proqnoz vermək əlbəttə ki, çətindir və bunu zaman göstərəcək. Ammasubyektiv düşüncələrimə əsasən, Türkanənin, Vəlişin, İlahənin, Sumanın,Muradın, Faiqin, Rəvanın və digərlərinin uğurlu ifaları onu deməyə əsas verirki, Böyük Səhnəyə iddialı olan istedadlı gənclərimizin qarşısında həmişəmuğamatımızın, bütövlükdə incəsənətimizin hamilərinin və ustad sənətkarlarımızınalovlandırdığı gur, yaşıl işıq yanır.

Uğur olsun!