adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Iyun 2017 13:52
195158
RUBRİKA

"Bu yuxu Allahın yuxusudur" - YUXU QAPISI

Yuxu həyatıntərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Buradazaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. Oişığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizinküçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakıxatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biridünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzənbeynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrininaxını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəifssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxularhaqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxularbizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının budəfəki qonağı yazarÇinarə Ömraydır. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzularıntəhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Mən hərdən elə düşünürəmki, bu dünya da yuxudur. Hər şeyin belə olması mümkün deyil. Bir gün nə vaxtsabu adamlar oyanmalıdır. Bəlkə də bu Allahın yuxusudur. Bizlər də onun yuxuqəhramanlarıyıq. Axı möcüzələr çox vaxt yuxularda baş verir. Bir də qışqırırsansəsin heç kimə heç hara çatmır, yolda qırılıb tökülür yerə. Axı bu yuxununəlamətidir eyni zamanda da biz bunu yaşayırıq. Çox yəqin ki, biz kiminsəyuxusuyuq. Eyni zamanda maraqlı olan odur ki, yuxu içində özümüz də yuxu görəbilirik.


-Yuxularınız həyatınıza necətəsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Plan qurmuram amma onun təsiri ilə gün boyu xoşbəxt ola bilirəm.Məsələn hansısa gözəl bir yuxu gün boyu məni öz ovqatında saxlaya bilər. Uşaqvaxtı daha çox serial yuxular görürdüm bu möhtəşəm idi. Məsələn bu güngördüyüm yuxunun ardını sabah yatanda görürdüm. Günüm solğun, monoton olduğuüçün həvəslə axşamı gözləyirdim ki, yuxumun ardını görüm. Amma günorta nə qədəryatsam da görmürdüm. Qəribə bir şey idi bu. İndi elə şeylər olmur. Bəlkə də onda uşaq idim beynimi bu tip şeylərdən başqaməşğul edən nəsə yox idi. İndi beynimizdə əlli min problem dövr edir. Heçgünorta yediyimizi axşam unuduruq, qalmışdı dünən axşam gördüyümüz yuxunu...

-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Mənim üçün ən doğma olanbabamla nənəmdi. Onları çox az görürəm yuxuda. Daha çox problemim olanda, kimsəməni incidəndə yuxuda başımı nənəmin dizinə qoyub uzandığımı görürəm. Bütünruhum dincəlir onda. Oyananda daha gümrah, daha mübariz oyanıram. Amma yuxuda görüb sonra doğmalaşdığım adamlar da olub.

-Yuxudan sonra onun yozumlarıhaqda baş sındırırsız?

- Yox. Kitablara filan üz tutmuram. İnanmıram onlara. Məncə hərəninyuxusunun öz həyatına uyğun yozumları var. Bunun üçün gərək hərənin özünə məxsuskitabı ola. Yozum filan axtarmıram sadəcə özümü buraxıram o yuxunun ağuşuna.Hara apara apara...


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- İnanıram. Balaca olanda yuxu haqqda belə düşünürdüm ki, bir qatar varadı yuxu qatarıdır. Gecə hamı yatandan sonra gəlir ruhlarımızı mindirir oqatara və gedir yuxular aləminə. Yolda hərənin ruhuna uyğun olan bir yerdədüşürdür. Sabaha yaxın yenidən gəlib düşürdüyü kimi yığır və ev ev hərəninruhunu düşürdüb özünə qaytarır. Kimisi oyananda yuxusunu xatrlamaz. Bunu da onlaəlaqələndirirdim ki, ruh bilir ki, bədəni onu və görüb danışdıqlarınıanlamayacaq, ona görə də gedib gördüklərindən ona heç nə danışmaz.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Aha, bəzən gördüyüm nəyisə eynisi ilə həyatda qarşılaşıram. Filmkimi. Sanki bu səhnəni nöqtəsinə qədər görmüşəm. Ya da gördüyüm yuxuya uyğungünümün necə olacağını özüm təyin edə bilirəm. Və ya tam əksinə o yuxu üzərindəqururam günümü.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Bu gün yenə görüşdük. Üzündəki ilıq, rahatverici təbəssüm adamınruhunu sarır. Yenə o danışır, yenə mən baxırdım. Günlərlə onun bu halınabaxmaqdan doymaram. O çox yaxşıdı. Çoxun çoxu.
Oturduğumuz yerdən üzü yuxarıda işlənməyən dəmir yol xətləri vadı. Ondan yapışıbrelslərin üstü ilə addımlayıram. Oranın qəribə bir səssizliyi var. Sankisükutun qulağı səsdədirki indi qatar gəlib onu darıxmağın əlindən alıbaparacaq. Dəmir relslərin üstündə oturub boylanırdı, əsgər yolu gözləyən qızkimi üzü stansiyaya sükut. Arada boz bir qarğa gəlib qondu sağ tərəfdəki ağacınyorğun budağına. Sonra da sanki sükuta acıq verib "gəlmiyəcək, gözlədiyingəlmiyəcək" deyirmiş kimi qağıldamağa başladı bir neçə dəfə. Payız maraqlı fəsildi. Mən onu payıza oxşadıram. O da payız kimi kədərli, payızkimi çılğın, bəzən də biruzə verməyə çalışmasa da payız kimi solğun olur. Eləbil özü özündən üşüyür amma hiss elətdirmir. Dəmir yolunda gəzmək eləqəşəngdiki. Adam ordakı sakitliyi qucaqlamaq istəyir.
Elə adamlar varki onlarla susmaq da gözəldi. Sizi bilmirəm mən də belə olur. Ənçox danışmaq istədiyim adamın yanında danışmağa söz tapmıram. Sadəcə susubbütün varlığımla ona kilidlənirəm.
Nədənsə o da susmuşdu... Sonra dayandıq. Mənə bərk bərk sarıldı. Elə bil dünya mənə sarılmışdı. Bütün acısı, kədəri, düşüncələri, sevinci iləmənə sarılmışdı dünya. Qəribəsi bilirsən nədi? O mənim saçlarıma toxunurdu mən onun əlini içimdə hissedirdim. Saçlarda da hiss var?? Saçlarım həyəcandan titrəyirdi... Leonard Corenin səsi gəldi hardansa baxdım çox yaxından gəlir. Gözlərimi açdımki, telefonun budilnikidir. Deməli artıq səhər saat yeddi tamamdır.


-Bəzi adamlar yuxuda ağ-qarafilmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki,insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Məndə əksinədir. Həyatımağ-qaradır, yuxularım rəngarəng. (gülür)



-Yuxudakı hadisələrin məzmunu və gedişi birlikdə mühüm məlumat mənbəyi olabilərmi?

- Əlbəttə ola bilər. Kiçikbir şey danışım. Bir gün əmim xaricə getmək istəyirdi. Bir daha qayıtmayacaqdı.Təbii nənəm bunu istəmirdi. Sonra əmimin bileti ilə xarici pasportu yoxa çıxdı.Bütün evi axtardıq tapmadıq. İki günə uçmalı idi. Əmim az qaldı havalana. Bütünpulunu bilet, viza işlərinə xərcləmişdi. İndi onca zamanıyla bərabər, olanqalan pulun da itirmişdi. Mən yuxuda gördüm ki, nənəm onu götürüb filan yerəgizlədib. (Onda məni nənəmgil saxlayırdı ) Sabah oyandım hamı səhər süfrəsindəidi. Dedim: "Əmi nənəm sənin biletinlə pasportunu filan yerdəgizlədib". Nənəmin tikəsi boğazında qaldı. Əmim gedib həmən yerdən tapıbçıxartdı. Çox sevinmişdi. Amma nənəm nəyi var çırpmışdı məni. Düşünürdüm ki,mən yatanda ruhum axtarıb tapıb sonra kameraya çəkib mənə də görsədib. Ammanənəmi inandıra bilməmişdim ki, yuxuda görmüşəm. Dedi məni güdürmüşsən sən. (gülür)



-Yunan filosofu Heraklit yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlarüçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmivardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Qağamızla razıyam (gülür)


-Sizə görə yuxularımızhəqiqətə çatdırır bizi?

- Mənə görə niyyəti, vicdanıtəmiz olan adamların yuxularına söykənib bir ömür rahat yaşamaq olar.Həqiqətə çatmaq üçün azı yuxudan oyanmaq lazımdı. Biz hələ ki, yuxudayıq...