14 Oktyabr 2025 09:04
78
AVTOMABİL

Bu yollarda sıxlıq var - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;

    3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

    8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

    11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    12. Babək prospekti, mərkəz istiqamətində;

    13. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

    14. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

    15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.