adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2024 09:00
2242
AVTOMABİL
A- A+

Bu yollarda sıxlıq var - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

3. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

4. Babək prospekti, mərkəz istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.