Bu yollarda hərəkət məhdudlaşdırılır
Üfiqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq, Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, məhdudlaşdırma bu gün axşam saatlarınadək qüvvədə olacaq.
Bundan başqa, bu gün axşam saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.