Bu yollarda hərəkət istiqaməti dəyişdirilib - SİYAHI
Bakıda Novruz bayramı tədbirlərinin keçirilməsilə əlaqədar olaraq, bu gün səhər saatlarından etibarən paytaxtda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.
Adalet.az xəbər verir ki, İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız qalası və Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.
"Azneft" meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək.
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27