Bu yolda hərəkət məhdudlaşdırılacaq

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 23 may saat 00:00-dan 07:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Digər Xəbərlər

Daha 10 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Hazırda tıxac olan yollar - SİYAHI

25 minə yaxın piyada barəsində protokol tərtib edilib
