adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Dekabr 2019 12:46
41877
ƏDƏBİYYAT

Bu yerlərdən getməyən Məmməd Araz

Təsəvvür edək ki, hansısa kanalda süjetə baxırıq, məşhurmahnı səslənir: – "Vətən oğlu, çoban qara, yay sürünü yaylaqlara...” Aparıcıçıxışına başlayır: – Çoban nəğmələri şifahi xalq ədəbiyyatı nümunələrindənbiridir. Uşaqkən necə həvəslə oxuyurduq:

Göydәki göy buludlar

Yorğanıdır çobanın.

Yastı-yastı tәpәlәr

Yastığıdır çobanın.

Yumru-yumru qayalar.

Yumruğudur çobanın...

Çoban adı çəkilincə Abdulla Şaiqin "Keçi” şeirini, "Kitabi-DədəQorqud”un Qaraca Çobanını, "Pəri ilə çoban” əfsanəsini, Nizami Gəncəvinin"Ağıllı çoban”ını və bu mövzuda yazılmış digər əsərləri xatırlayırıq. Biz də bugün verilişimizi çoban peşəsinə həsr etmişik. Yaxınlaşırıq qəhrəmanımıza...

Verilişi izləyirik, sonra çoban haqqında oxumaq üçün kitablara üztutur, Azərbaycan Milli Ensiklopediyasından belə bir məlumat öyrənirik:

"Bukolika, bukolik poeziya (yun. bukolikós – çoban)– Ellin və Roma dövrünün (e.ə.III əsr – eramızın V əsri ) çoban məişətini əksetdirən antik poeziya janrı. Bədii əsasını siciliyalı yarımmifik çoban Dafnis,onun məhəbbəti və ölümü haqqında mahnılar təşkil etmişdir. Yunan bukolikasınınyaradıcısı və klassiki Feokrit, Roma bukolikasının banisi Vergili hesab olunur.Kiçikhəcmli, təhkiyə və ya dialoq formasında, hekzametrdə yazılan şeirlərdə təbiətgözəllikləri, kənd həyatının füsunkarlığı, çobanların sadə məişəti təsviredilir. Bukolik şeirlər fərq qoymadan idilliya (hərfi mənada – lövhə), yaxudeqloqa (hərfi mənada – seçmə) adlanırdı; sonralar şərti olaraq hesab edilirdiki, idilliya daha çox hiss, eqloqa isə fəaliyyət tələb edir. Yeni Avropa ədəbiyyatındaXII-XIII əsrlər folkloru ilə qovuşan bukolika XIV-XVIII əsrlər pastoralının müxtəlifformalarını meydana gətirdi. Lonqun mənsur "Dafnis və Xloya” romanı da bukolikpoeziyaya aid edilir”.



Üstəlik çobanla bağlı "Çobanın könlü olsa, tәkәdәn pendirtutar”, "Çobanı özündәn olanın qoyunu dişi doğar”, "Keçinin әcәli çatandaçobanın dәyәnәyinә sürtünәr” məsəllərini xatırlayırıq.

Roma ədəbiyyatının Vergili, Bokkaçosunun, yunan şairiFeokritin, rus şairi A.Sumarokov, V.Jukovski və A.Delviqin yaradıcılığınıaxtarmaqda, bukolika, pastoral, ekloqa terminlərini ələk-fələk eləməkdə məqsədimvar – Məmməd Arazın bircə bəndindən yazmaq. Nizaminin ağıllı çoban obrazına işgəncəsinəgörə haqq qazandıra bilmirəm. Maarifin təbliği üçün gözəl əsər hesab olunan AbdullaŞaiqin "Çoban”nına da fərd kimi yazığım gəlir. Ruhuma təkcə Məmməd Arazın "şairi”,"şeiri” olan çoban obrazı yaxındır. Kimi maarif, kimi ədalət, kimi də ibrət dərsiüçün yaradıb bu obrazı. Məmməd Arazsa onu adi insanlardan yüksəkdə görüb vəucaldıb.

Hər kəsin əzbər bildiyi "Əlvida, dağlar” şeirindəndanışmağa əvvəlcə Nizami Muradoğlunun"Sözün Məmməd Araz zirvəsi” kitabındakı aşagıdakı hissə ilə tanışlıqdanbaşlayaq.

"Əlvidadağlar” qoşmasının özündə də dağlarla canlı olaraq vidalaşmaq arzusu əksolunmuşdur. Azərbaycan türklərinin az qala hamısının dilində əzbər olan buşeirdə dağa sevgi ilə birlikdə ayrılığın gətirdiyi bir həsrət, nisgil də özpoetik ifadəsini tapmışdır. Dağ ilə, dərə ilə vidalaşarkən sanki buludlarağlayır, onun ardınca göz yaşı-su səpirlər ki, nə vaxtsa şair yenidən bu yerlərəqayıtsın. Bu ayrılığa dözə bilməyən nərgizlər saralır, qartallar qıy vurub uçubgedir, qaragöz pəri də dərdli-dərdli yolları izləyir. Gələndə şairi dağlarıngülü-çiçəyi qarşılamışdı, gedəndə sanki güllər, çiçəklər solmuş, boz biçənəklərhəsrətlə boylanaraq əllərini yelləyir, ayrılığın sədasını küləklər çaylaraçatdırır, çaylar da öz növbəsində bulana-bulana ağrılı-acılı nəğmə oxuyur.Şeirdə olan ayrılıq notları oxucunun qəlbinə bir hüzn gətirsə də, sonluqnikbin ruh təlqin etməkdədir. Belə ki, dağların əbədisirdaşı olan çoban həmişə dağların yanındadır. Çoban xalqın, millətin ümumiləşmişobrazıdır. Zəhməti ilə halallıq anlayışını özündə birləşdirən çobanın simasındaxalqın gücü, qüvvəti, sözü, söhbəti, varı, bərəkəti cəmləşmişdir”

İndi isə "Az sözlə çox şey demək və ya bukolikasızbukolika” başlığı verdiyim duyğularımdan ibarət sətirləri gözlərinizdənkeçirin. Şeir haqqında bu fikrə əsasən də müəyyən qədər izah vermək olar. Bilmirdimnə vaxtsa bu şeir haqqında yazacam, amma bilirdim ki, misralar ruhumdanyoğrulub. Bütün bölgələrdə onu nəinki aşıqlar, həyət-bacasında odun yaran, yerşumlayan hər kəs oxuyur. Təkcə kənd həyatı ilə məhdudlaşdırmaq olmaz. Elə şəhərdəngedənlər də, evdəkilərə: – "Bəlkə, bu yerlərə bir də gəlmədim” söyləyir. Haragetmişəmsə bu misraları eşitmişəm.Adları çəkilən müəlliflərin ölkəsində bukolik əsərlər yazılıbsa deməli,bizimkini də lokal hesab etmək olmaz. İnsanların bir-birinə etinasız yanaşdığıbir vaxtda dumanı, dağı fərd kimi dəyərləndirmək, ondan ayrılmağın belə ağır olmağınıtəsvir etmək üçün böyük ürəyə sahibolmalısan.

Aşıqların yanıqlı səsi qulaqlarımdan getmir. Şeirartıq Məmməd Arazın deyil, dağların, çobanların,Azərbaycanındır. Doğrudur, güclü bukolika yoxdur, amma bircə bəndləhisslərimizə elə toxunur ki, təsəvvürümüzdə çoban həyatı canlanır: "Bu qoca dağlarınbiri də sənsən, şairi də sənsən şeiri də sənsən” Misra Məmməd Arazın insanlaramünasibətindən, sadəliyindən, sadə olduğu qədər də əzəmətindən xəbər verir. Mənəelə gəlir kimsə şeiri məndən qat-qat üstün təhlil edər, amma məni qədər ordakıruhu duya bilməz. Bəlkə də, gədəbəyli olmağın – dağ-dərəni, el-obanı, sazı-sözüsevməyin təsirindəndir. Gərək elə təhlil edəsən ki, yazının dil açıb danışmağıbir yana, o, ayaq tutub yeriyə də bilə. Bunu dağ-daşla dərdləşən, belə şeirlərin"dilini” bilən kəs yaxşı bacarar. Mən hisslərə qapıldığımdan ədəbiyyatşünaskimi yaza bilmirəm.

Anam məni dərəyə-təpəyə, meşəyə buraxmırdı. İcazəversə belə gərək bir ay əvvəldən etibar etdiyi ağbirçəklər minnət edərdilər. Kəndiniçində kənd həsrəti çəkirdim. Onda sevmişəm bu şeiri. Dağlara duman çökəndə qəribsəyirdim.Hardasa da aşıq oxuyurdu: – "Bəlkə, bu yerlərə bir də gəlmədim, duman, salamatqal...” Aman Allah, bu nə səsdir, necə misralardır! Erkən itirdiyim özümdənkiçik qardaşım da sevə-sevə oxuyurdu. O da o yerlərə bir də getmədi. MəmmədArazın olmadı şeir, özü Məmməd Araz oldu, çoban oldu, leysan oldu, mən oldum. Buşeir sizsiniz – yüzlərlə kənd sakini, minlərlə azərbaycanlı. Yetər ki duyasan. İfaedən aşıqların az qala ruhunu görmək olurdu. Başını saza qoyub yana-yanaoxuyanda sanki kənd özü susub dinləyirdi.

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar? –

Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə.

Ey qaragöz pəri, dalımca sən də

Boylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşıladı güllər-çiçəklər,

Gedirəm, əl edir boz biçənəklər.

Nidamı çaylara dedi küləklər:

Bulan salamat qal, ax – salamat qal!

Dağların pələngi, şiri də sənsən,

Şairi də sənsən, şeri də sənsən.

Varı, bərəkəti, xeyri də sənsən –

Çoban, salamat qal, sağ-salamat qal.

Bir bəndi bukolika, bir bəndi peyzaj. Bütövlükdə isə Azərbaycan, MəmmədAraz.

Bu gün duman, dağ, leysan, qaragöz pəri, çaylar,çoban şairinə sağ-salamat qal söyləyir. Bu gün Məmməd Araz cismən son ünvanınayola salınır. Bu gün onun barmaqlarının istisinə çoxdan həsrət qalan qələm buzadöndü. Əslində isə şairim bu yerlərdən getməyib. O, "qara torpaq üstündə üfüqədoğru gedən ağ yoldur


Pərvanə Bayramqızı