Bu şəxslər 1500 manatədək cərimə ediləcək

Lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsas müəyyənləşir.
Adalet.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Lisenziya sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana təqdimat göndərməlidir.
Təklif olunan düzəlişə əsasən lisenziya (icazə) sahibinin lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirməməsi (Qanunun 25.1.2-ci maddəsi) də belə təqdimatın verilməsi üçün əsas yaradacaq.
Layihəyə əsasən, bu tələblərin pozulmasına görə inzibati məsuliyyət də nəzərdə tutulacaq.
Belə ki, qanunda nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən qanunlara və lisenziyanın şərtlərinə riayət edilmədikdə və bu qanun ilə müəyyən edilən göstərişlər (lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişləri) yerinə yetirilmədikdə, nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərməlidir.
Bu təqdimatın verilməməsi inzibati xəta hesab olunacaq və cərimə sanksiyası nəzərdə tutulacaq. Təqdimatın göndərilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.
Digər Xəbərlər

Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiqləndi

“Bu əməliyyatla 10 min erməni silahlısı əsgərimiz tərəfindən fərari statusu ilə “təltif” edildi”

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi

Ermənilər antiterror əməliyyatında nə qədər itki verib? - AÇIQLANDI

"Biz də süni intellektdən səmərəli istifadə etməliyik" - Konstitusiya Məhkəməsinin sədri

“Azərbaycanın antiterror əməliyyatında da humanizmə xüsusi üstünlük verdi”

Xankəndi, Xocalı, Ağdərədə qismən yararlı evlər müəyyən edildi
