06 Sentyabr 2025 09:37
98
DÜNYA

Bu sammit 16 ildən sonra ABŞ-də keçiriləcək

2026-cı ildə keçiriləcək G20 sammiti ABŞ-də baş tutacaq.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı məlumat verib.

Trampın sözlərinə görə, G20 sammitinin keçiriləcəyi şəhər Mayami olacaq:

“Təxminən son 20 ildə ilk dəfədir ki, ABŞ G20 sammitinə ev sahibliyi edəcək. Biz bu tədbiri ölkəmizin ən möhtəşəm şəhərlərindən biri olan, Florida ştatındakı gözəl Mayamidə keçirəcəyik”, – o vurğulayıb.

Qeyd edək ki, sözügedən sammit 2009-cu ildə ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pittsburqda baş tutmuşdu.

Xatırladaq ki, bu ilin noyabrında G20 sammitinə Cənubi Afrika ev sahibliyi edəcək.