Bu sahibkarlara güzəşt edilməyəcək
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı aparılan yoxlamalarda nəzərdə tutulan güzəştlər bir qrup sahibkara şamil edilməyəcək.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən əlavəyə əsasən bu, cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamaların obyekti olacaq sahibkarlardır.
Qanunun 2-ci (Qanunun tətbiq dairəsi) maddəsinə bununla bağlı "Bu qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir” bəndi əlavə edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.
Digər Xəbərlər
30 Aprel 2024 12:44
Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24