Bu rayonlara qar yağır - Faktiki hava
Azərbaycanda dekabrın 10-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Şahdağda qar yağır.
Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 3, Şahdağda 1 sm-dir.
Düşən yağıntının miqdarı Astarada 21, Biləsuvar, Lənkaranda 20, Lerikdə 18, Yardımlı, Gədəbəydə 13, Neftçalada 11, Bakıda və Abşeron yarımadasında 9, Zaqatala, Naxçıvan, Balakəndə 7, Ağdam, Beyləqan, Şirvan, Zərdabda 6, Sədərək, Şərur, Altıağac (Xızı), Qax, İsmayıllı, İmişlidə 5, Ordubad, Culfa, Quba, Sabirabad, Ağstafa, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Tərtər, Şəki, Şahbuz, Yevlax, Oğuz, Qəbələ, Naftalan, Bərdə, Tovuz, Beyləqan, Şabran, Kürdəmir, Şəmkir, Daşkəsən, Göygöl, Ceyrançöl, Göyçay, Qobustan, Xaltan, Şamaxı, Goranboy, Mingəçevir, Gəncə, Xaçmaz, Qusarda 4 mm-dək qeydə alınıb.
Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Gəncə, Şəmkir, Tovuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Xızı, Naftalan, Quba, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmirdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

