Bu qablarda su içmək diabet riskini artırır - ARAŞDIRMA
Yeni araşdırmaya görə, plastik şüşələrdən su içmək diabet riskini artırır.
Adalet.az xəbər verir ki, tədqiqatçılar, araşdırma nəticələrinin həmin kimyəvi maddənin istifadəsinin 2-ci tip diabet riskini artırdığına dair ilkin sübut olduğunu söyləyiblər.
Tədqiqat nəticəsində, plastik butulkaların mühüm kimyəvi komponentini 2-ci tip diabet riski ilə əlaqələndirən sübutlar tapılıb. Araşdırma, plastik su şüşələri də daxil olmaqla qida və içki qablaşdırmalarının istehsalında istifadə edilən kimyəvi maddənin orqanizmdə şəkər mübadiləsini tənzimləyən insulinə qarşı həssaslığı azalda biləcəyini ortaya qoyub. Amerika Diabet Assosiasiyasının 2024-cü il Elmi Sessiyalarında təqdim olunacaq nəticələr ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyini şüşələrdə və qida qablarında kimyəvi maddəyə məruz qalma üçün təhlükəsiz limitləri yenidən nəzərdən keçirməyə çağırır.
Əvvəlki araşdırmalar artıq göstərib ki, plastik və epoksi qatranların hazırlanmasında istifadə edilən Bisfenol A kimyəvi maddəsi insanlarda hormonları poza bilir. Tədqiqat BPA-nı (yeni araşdırmada tapılan kimyəvi maddə) diabetlə əlaqələndirsə də, əvvəlki heç bir araşdırma bu kimyəvi maddənin insanlara verilməsinin böyüklərdə bu riski artırıb-artmadığını birbaşa qiymətləndirməyib.
Kaliforniya Politexnik Dövlət Universitetinin alimləri bildiriblər ki, bunlar BPA tətbiqinin 2-ci tip diabet riskini artıra biləcəyini sübut edən ilk araşdırma nəticələridir. Tədqiqatçıların fikrincə, paslanmayan poladdan və ya şüşə butulkalardan və BPA-sız qutulardan istifadə kimi yanaşmalarla kimyəvi maddəyə məruz qalmanın azaldılması diabet riskini azalda bilər. (Azərtac)
Digər Xəbərlər
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39


Bakı -°C

