adalet.az header logo
  • Bakı 12°C
31 Mart 2022 17:14
3069
AVTOMABİL

Bu prospektdə hərəkət qismən məhdudlaşdırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib.

Adalet.az xəbər verir ki, müraciətdə qeyd olunub ki, 2 aprel saat 09:00-dan 3 aprel saat 20:00-dək Bakı şəhəri, Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.