Bu ölkələrin üzv edilməsi Rusiyanın qırmızı xəttini keçmək olacaq - AÇIQLAMA
Son günlər İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi əsas gündəm mövzularındandır. NATO üzvü Türkiyənin PKK-ya dəstək səbəbindən bu ölkələrinin üzvlüyünə veto qoyacağı ölkə prezidenti tərəfindən dilə gətirilib. Eyni zamanda Rusiya da bu məsələyə yumşaq desək isti baxmır. Qonşuluqda yeni bir NATO üzvü görmək istəməməsini, Ukraya münqaişəsi səbəblərini xatırlasaq bəzi daşlar yerinə oturur.
Siyasi şərhçi Tural İsmayılov Adalet.az-a bildirib ki, bu ölkələrin üzv kimi qəbul edilməsi Rusiyanın qırmızı xəttini keçmək olacaq.
"İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi artıq aktuallaşmağa başlayıb. Bununla bağlı beynəlxalq birlik tərəfindən ciddi addımlar atılır. Lakin, Rusiya siyasi və hərbi elitasının xəbərdarlıqlarından belə başa düşmək olar ki, İsveç və Finlandiyanın NATO-ya üzv olunmasını Rusiya özü üçün qırmızı xəttin keçilməsi kimi qəbul edəcək. Rusiya özünün şimal sərhədlərində NATO-nun növbəti cəbhəsinin yaranmasından narahatlığını açıq şəkildə büruzə verir. Bu baxımdan məsələ ziddiyyətlidir. Hazırki gərginlik dövründə, İsveç və Finlandiya tərəfindən rəsmi müraciət olsa belə, NATO həmin iki ölkəni üzv qəbul etməyə tələsməz. Düşünürəm ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini aktuallaşdırmaqla, sadəcə Rusiyaya əlavə təzyiq göstərirlər və Rusiyanın Ukrayna cəbhəsində geri addım atmasına nail olmaq istəyirlər. Bu iki ölkənin NATO-ya üzvlük məsələsi real olsa belə, bunun Rusiya-Ukrayna savaşından sonra baş verəcəyini düşünürəm . Mövcud durumda Rusiyanın İsveç və Finlandiya ilə savaş aparmaq ehtimalı o qədər də real görünmür".
Emin
Digər Xəbərlər
20 Mart 2026 13:26
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə etdi
20 Mart 2026 12:20
İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı
19 Mart 2026 17:46
Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı
19 Mart 2026 17:09


Bakı -°C

