Bu ölkədə məhbuslara pişik saxlamağa icazə verilə bilər
Rusiyada məhkumların daha mehriban ola bilməsi üçün həbsxanalarda pişik saxlanılmasına icazə verilə bilər.
Adalet.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Georgi Arapov belə bir təkliflə çıxış edib.
Bildirilir ki, Yekaterinburq və Omsk islah koloniyalarında məhbusların administrasiyanın icazəsi ilə artıq ev heyvanları var. Ancaq bu, hələlik sadəcə bir sınaqdır.
Arapov hesab edir ki, pişiklər məhbusların psixoloji vəziyyətinə müsbət təsir edir, aqressiya səviyyəsini azaldır. Və heyvanlar empatiya, xeyirxahlıq və digər müsbət keyfiyyətləri inkişaf etdirməyə kömək edir.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:22
Yeni pişik növü kəşf edilib
18 Sentyabr 2026 09:34
Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
18 Sentyabr 2026 09:17
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
17 Sentyabr 2026 17:05


Bakı -°C

