adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Fevral 2017 14:00
88119
MÜSAHİBƏ

"Bu nə qədər acınacaqlı olsa da..." - MÜSAHİBƏ

Muğam - Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün daima dünyamusiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olmuşdur.

Azərbaycan musiqi sənətində çox böyük muğam ifaçıları olub. Yüz illərləyol gələn musiqi sənətində bu sənətkarlar muğamı ayaqda saxlayıb, yaşadıblar.

Gənc ifaçılar, muğam ustaları Azərbaycanda yetərincədir. Onlardanbiri də Aytən Məhərrəmovadı. Adalet.az xanəndə Aytən Məhərrəmovla müsahibəni təqdim edir.



- Aytən xanım, özünüz haqda məlumat verərsiniz...

-MəhərrəmovAytən 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Sadə bir ailədə dünyaya göz açmışam. Ailəmizdə musiqiçi yoxdur. Uşaq yaşlarından musiqiyə həvəsim olub.


- Nə əcəbmusiqiçi olmayan bir ailədən xanəndə olur?

- Vallah mənbilmirəm, Yəqin ki, bu Allahın vergisidir. Çünki, mən oxumazdan əvvəlfortepiano alətini çox sevmişəm, yəni, dil açandan mən fortepiano alətiistəmişəm. Bu da bilmirəm ki, Allahdan verilən vəhdisə, nədisə, bu sevgi mənəAllahdan verilib.


- Səhvetmirəmsə ilk olaraq pianoda ifa edirdiniz. Bəs necə oldu ki, xanəndə oldunuz?

- Mən əslində musiqi məktəbinəpianoçu olmaq üçün getdim. Allah rəhmət eləsin, 36 sayılı məktəbin direktoru Məlikmüəllim qulaq asdı səsimə və atama dedi ki, bu qız yaxşı xanəndə ola bilər. Gəlinbunu xanəndəlik sinifinə qoyaq. Beləcə məni götürdülər xanəndəlik sinifinə. AmmaBülbül adına məktəbdə mən həm pianoçu kimi, həm də xanəndə kimi oxumuşam.


- SəsiniziMəlik müəllim kəşf elədi?

-Bəli, Məlik müəllim kəşf elədi. Bu alətin sevgisi ilə yaşamışam, yənipianonun. Pianoçu ola bilərdim. Ona görə ola bilmədim ki, bu aləti doğruldabilmədim. Çünki imtahanlara, konsertlərə çıxmamışdım. Böyük əsərlər ifaedirdim, ancaq imtahanda fikirlərim qarışırdı. Mən bu aləti yarıda bilmədim.


- Evdə güzgünün qarşısındaoxuyurdunuz? Evdəkilər hiss etmirdi səsinizi?

-Oxuyurdum. (gülür) Niyə oxumurdum ki?! Bilirsiniz əvvəl-əvvəl mənimusiqiyə qoymurdular. Hüquqşünas olmaq istəyirdim. Əlaçı idim. Çox yaxşıoxuyurdum. Musiqiyə gedəndən sonra artıq yollar dəyişdi. Ona görə valideyinlərimistəyirdi ki, təhsilimi başqa yerə yönəldim. Amma elə oldu ki, musiqi həvəsimisaxlaya bilmədim. Onlar ötəri yanaşırdılar mənim bu həvəsimə. Elə oldu ki,musiqi məktəbinə başladım. Sonra Bülbül adına orta ixtisas musiqi məktəbinibitirdim. Daha sonra Asəf Zeynallı musiqi kolleci, konservatoriya,magistratura, yəni belə də davam elədi.


- Mənsum İbrahimovun tələbəsiolmusunuz. Mənsum müəllimdən nələr öyrəndiniz?

- Mənsum müəllimdən çox şey öyrənmişəm. Sənəti kənara qoyuram hələ ki, Mənsummüəllimdən insanlıq, cəmiyyətdə özünü aparma, hətta tələbələrlə davranış,sonrakı da bizim o klassik muğamlarımızı, onların quruluşunu, hamısını mənondan öyrənmişəm. 12 yaşımdan onun tələbəsiolmuşam. Müəllim həmişə tələbələrindən tələbkar olmağı istəyir. Bu gün mən indiMənsum müəllimi başa düşürəm. Çünki artıq mən də müəlliməm. Mən də bilirəm ki,tələbədən istəyim nədir. Təbii ki, Mənsum müəllimin üstün cəhətlərindən biri dəodur ki, tələbələrini ruhlandırır, əgər hansısa konsert salonunda bizoxuyuruqsa əgər Mənsum müəllim ordadırsa bütün konsert salonu olur bir yana, Mənsummüəllim bir yana. Elə bilirəm ki, bütün tamaşaçıların yerində Mənsum müəllimoturub. Təsəvvür edin, insana o qədər ruh verir.


- Ailənizdə muğam dinlənilirdi?

- Musiqiyə gəldiyim vaxtlarda muğama dəstək yox idi. Bu nə qədər acınacaqlıolsa da bunu etiraf etmək lazımdır. Yox, deməzdim mən muğam sədaları altındaböyümüşəm. Ancaq efirdə musiqi gedibsə, biz qulaq asmışıq o musiqiyə. O ondanda asılı deyil, yenə deyirəm, o candan gəlməlidir, qandan gəlməlidir. Yəni, belədeyərdim.


- Uşaqlıq xatirələrinizolmayıb deyəsən. Bir müsahibənizdə demişdiniz ki, anam bizi həyətəburaxmırdı...

- Əslində anama təşəkkür edirəm ki, onu eləməyib. İcazə verməyib həyətəçıxmağa. Uşaq olanda daha ayıq olur, uşaq pisi tez götürür özüçün. Mən belədüşünürəm. Hər-halda onun da öz prinsipləri olub, bunu eləməkdə. Biz həmişəuşaqlara eyvandan baxırdıq. Biz də istəyirdik oynayaq. Atam da, anam da işləyib.Evdə heç kim olmadığı üçün, biz də dərsdən gəlib evdə gün keçirtmişik. İkibacı olmuşuq. İkimiz də çox yaxşı oxumuşuq. Anamın məqsədi o olub ki, dərsdənyayınmayaq. Yəni fikirlərimiz lazımsız yerlərə yayınmasın. Mən 20-22 yaşımdabaşa düşdüm ki, anam düz edib. Özü gəzməyə aparırdı. Amma sırf biz həyətə düşməmişik.Uşaqlıq dostum olmayıb, olsa da anam imkan verməzdi. (gülür)


- İlk səhnə çıxışınızınecə xatırlayırsınız?

- İlk səhnə çıxışım 13 yaşımda olub. Rəşid Behbudaov adına mahnı teatrındaQulu Əsgərovun "Dolanaram başına” mahnısı olub. Və ilk dəfə mikrafonla çıxışolub. Səhnəyə çıxana qədər düşünürdüm ki, mikrafonda mənim səsim gələcək, gəlməyəcək.Çox qəribə hislər keçirirdim, həyəcanlıydım.


-Yəqin həmin gecəni yatmamışdınız...

-Yəqin ki, yatmamışam... (gülür) Uşaq konserti idi. O vaxtkı çıxışıma görəuğurlu alınmışdı. Şəkilimizi musiqi məktəbindən vurmuşdular. Bizim üçün böyükuğur sayılırdı.


İlk olaraq məktəbdətanınmısınız?

Bəli, bəli...



- Qastrolsəfərlərindən təəssüratlarınızı bölüşərdiniz. Ən çox yadınızda qalan ölkə hansıolub?

- Yadımda qalan ölkə Amerika səfərimizidi. Festivalda bir çox musiqiçilər vardı. Bir hindli musiqiçi yaxınlaşdı mənə.Biz oxuyub qurtardıq. İndi məndən əl çəkmir ki, sən orda boğaz elədin. Onlardada axı musiqi zəngindir. Deyir, tərcüməçi də başa salır ki, bu məndən nəfəsiöyrənmək istəyir. Bizdə deyir edirik, ancaq sənin nəfəsin uzun gəldi. Təsəvvüredin o hindli məndən bir saat yarıma o nəfəsi öyrəndi.

Daha sonra Almaniya səfərindəbizi qarşıladılar, apardılar "piknik" kimi bir yer idi, orda da festival idi. Başqaölkələrdən xeyli musiqiçi toplaşmışdı. Ayaqyalın, səliqəsizpaltarlarda rəqs edən Tanzaniyalılar diqqətimi çəkdi. Hətta olnlardan ilkolaraq qorxdum. Qorxmağım mənə qəribə təəssürat bağışladı. Daha sonra çoxyaxşı, səmimi bir müansibətimiz yarandı. Çox yaxşı, saf insanlar idi.

Doğurdan da zəngin musiqi mədəniyyətimizvar.


- Yeniplanlarınız olacaqmı?

- Yeniplanlar odur ki, retro mahnılar üzərində çalışıram. Artıq bir neçəsi hazırdı.Bir neçəsini də planlaşdırıram, lentə aldırmağı. Qastrol səfərlərimiz dəinşallah olduqca məlumat verərəm, işıqlandırarsınız.