Bu məsləhət kişilərə aiddir
Kişilərin ən çox şikayətləndiyi hallardan biri göz yorğunluğu, göz ağrısıdır. Göz problemlərindən daha çox avtomobil idarə edən və kompüter qarşısında oturan kişilər şikayətlənirlər. Buna səbəb isə onların fasiləsiz olaraq eyni istiqamətə baxmalarıdır.
Adalet.az xarici KİV-ə mistinadən xəbər verir ki, ağır iş günündən sonra gözlərin yorğunluğunu ev şəraitində də aradan qaldırmaq olar.
·Göz üçün ən yaxşı vasitələrdən biri kimi tərkibində A, B, C, D vitaminləri olan ərzaqlarla daha çox qidalanmaq lazımdır.
·Təzə kəsmiyi tənzifin arasına yığıb, gözün üstünə kompress et.
·Boynunun arxasına isti suda isladılmış dəsmal qoyub uzan, təzə xiyardan və ya kartofdan bir parça kəsib, gözünün üstünə qoy. Yarım saat saxla.
·Görmə qabiliyyətini gücləndirmək üçün gündə 30 qram zəncəfil arağı iç.
·Balı suya qatıb, 2 saat saxladıqdan sonra, gün ərzində gözünə 3 dəfə olmaqla 2 damcı tök. Bu, göz qızartılarını, sulanmanı aradan qaldırır.
Avtomobil idarə edən kişilər…
1 stəkan südə 4 xörək qaşığı gicitkan şirəsi, 2 xörək qaşığı bal və 1 xörək qaşığı qaynar su töküb, səhər acqarnına içsəniz, gün ərzində gözünüzdə sulanma, tez-tez qırpma halları olmaz.
·Şam yandırıb 5 dəqiqə gözünü çəkmədən ona bax. Əgər əl altında şam yoxdursa, 1 - 2 dəqiqə günə baxmaq da kifayətdir.
·Şəffaf stəkana təmiz su doldur. Stəkanın arxasına rəngli kağız yerləşdirib, stəkana bax.
·Qarşında oturan insanın dodaqlarına gözünü qırpmadan 2 dəqiqə diqqətlə bax.
Qeyd edək ki, gün ərzində 2 dəfə bu üsulu təkrarlamaq eynək taxmaq təhlükəsini azaldır. (Müalicə üsulları yalnız kişilər üçündür)
Digər Xəbərlər
04 May 2024 15:56
Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir
03 May 2024 16:07Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59