adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Fevral 2016 15:20
3777
İDMAN

Bu məşhur futbolçu Çindən sonra, Ərəbistandan da qovuldu

İtaliya futbolunun məşhur siması Fabio Kannavaro yaşıl meydanlarda məşqçilik etməsi indiyədək qazandığı nüfuzlu adına xələl gətirib. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçunun məşqçilik karyerası elə siftədən zay gəlib. Çinin "Quanqjou Everqrand” komandasına uğursuz baş məşqçilikdən sonra, çinlilər ona ölkənin çıxış qapısını göstərmişdilər. İndi isə Səudiyyə Ərəbistanı eyni addımı atmalı olub. "Əl-Nasr” klubu 43 yaşlı Kannavaro ilə müqaviləni pozub və nəticədə Kannavaro baş məşqçi vəzifəsindən kənarlaşdırılıb.

Ötən ilin oktyabrından Səudiyyə Ərəbistanının "Əl-Nasr” futbol komandasını çalışdıran Kannavaronun sözügedən klubla əməkdaşlığı cəmi 4 ay çəkib. Məlum olub ki, məhz komandanın uğursuz çıxışı rəhbərliyi italiyalı mütəxəssislə yolları ayırmaq məcburiyyətində qoyub.