adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Mart 2021 10:27
22816
ELM VƏ TƏHSİL

Bu məktəb də 1 həftəlik bağlandı

Bakıda daha bir orta məktəb koronavirusa görə distant dərslərə keçib.

Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 saylı tam orta məktəbdə COVİD-19 səbəbindən artıq iki gündür ki, tədris distant şəkildə keçirilir. Məlumatı məktəbdən Trend-ə təsdiq ediblər.

Qeyd olunub ki, növbəti həftənin ikinci günündən dərslərin adi qaydada bərpası planlaşdırılır.