Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq - VİDEO
Paytaxtda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihə icra edilir.
Adalet.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri hazırda Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edir. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri hərəkət axınının sürətini əhəmiyyətli dərəcədə azaldır və həmin hissədə ciddi sıxlıqa səbəb olur.
Mövcud problemin aradan qaldırılması məqsədilə ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində birbaşa çıxış təmin ediləcək. Bununla da geriyədönmə manevrlərinə ehtiyac aradan qalxacaq və hərəkətin axıcılığı yüksələcək.
Layihə çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq.
Eyni zamanda, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları təmin ediləcək.
Digər Xəbərlər
12 Mart 2026 14:38
Bakıda “Ferrari” qaydaları belə pozdu - VİDEO
11 Mart 2026 11:16
Maşın yarıyolda qalırsa...
11 Mart 2026 08:50
Bakının 21 yolunda tıxac var - SİYAHI
10 Mart 2026 09:44
Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18


Bakı -°C

