Bu ixtisaslar üçün qabiliyyət imtahanlarının vaxtı MƏLUM OLDU
Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 15 iyun saat 23:59-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) Adalet.az-a verilən məlumata görə, qabiliyyət imtahanları 70 saylı proqram üzrə 21 iyun, 68 saylı proqram üzrə 23 iyun, 69 saylı proqram üzrə isə 24 iyun tarixlərində keçiriləcək.
Bildirilib ki, 70 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar 16-21 iyun tarixlərində DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 68 və 69 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar isə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni 19-23 iyun tarixlərində çap edə bilərlər.
Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri-məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan namizədlər müsabiqədə ixtisas seçimi üzrə aparılan test imtahanının nəticəsi ilə iştirak edirlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50


Bakı -°C

