Bu ilin ən yaxşı şəhərləri...
Dünya əhalisi çoxaldıqca kəndlər qəsəbələrə, qəsəbələr şəhərlərə, şəhərlər isə meqapolislərə çevrilirlər. Lakin şəhərlər də çox fərqlidi. 2022 - ci ildə dünyanın ən yaxşı şəhərləri barədə bir araşdırma aparılıb. Bu barədə Böyük Britaniyanın “Time Out” jurnalında 2022-ci ilin ən yaxşı şəhərlərinin siyahısını yayımlanıb.
Xarici mediya resurslarından əldə olunan məlumatda bildirilir ki, dünyanın müxtəlif bölgələrində yaşayan 20 min şəhər sakini arasında sorğu keçirilib. Sorğu nəticəsində bu ilin ən yaxşı 53 şəhəri müəyyən edilib.
Sorğu iştirakçıları şəhərlərin pandemiyadan sonrakı vəziyyətini, gecə həyatını, restoranların səviyyəsini, istirahət seçimlərini, keçirilən mədəniyyət tədbirlərini və s. nəzərə alıblar.
2022-ci ilin ən yaxşı 10 şəhəri: Birinci şəhər İrlandiyanın Edinburq şəhəridi. Daha sonrakı şəhər Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhəridir. Bundan sonrakı sıralarda Medellin, Qlasqov, Amsterdam, Praqa, Mərakeş, Berlin, Monreal , Kopenhagendir. Bu siyahıda Dubay şəhəri 40-cı yerdə, İstanbul isə 50-ci yerdə qərarlaşıb.
Nə olur olsun dünya bir yana Azərbaycan şəhərləri bir yanadır. Bakı da daxil bütün şəhərlərimizi hər zaman abad görək. Arzu edək ki ölkəmizin şəhərləri də dünya şəhərlərinin reytinq cədvəlində ən yaxşılar sırasında olsun.
HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

