“Bu il tarixdə ciddi iqtisadi islahatlar ili kimi qalacaq” - Prezident
"Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”.
Adalet.az xəbər verir ki, bunu prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Ölkə başçısı bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Dövlət başçısı qeyd edib ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.
Digər Xəbərlər
02 May 2024 13:32
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 13:1566 senatordan "Azərbaycana sanksiya, Ermənistana 200 milyon dollar yardım" ÇAĞIRIŞI
02 May 2024 12:33İlham Əliyev Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul edib
02 May 2024 12:28“Mədəniyyətlərarası Dialoq Forumu qlobal və əhəmiyyətli platformaya çevrilib”
01 May 2024 22:45